Sorğu
Оцените работу движка

13 Okt 12:19Medeniyyet

Tanınmış DİN XADİMİ vəfat etdi

Tanınmış DİN XADİMİ vəfat etdi


Respublikaxəbər.az-ın Cənub bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə bu gün Masallı rayon Şatroba kəndində 1963-cü ildə doğulub boya başa çatan tanınmış Din xadimi Hacı Elşad Aydın oğlu Rəhimov, bir müddət sürən xəstəlikdən sonra bu gün vəfat etmişdir.

Onu qeyd edək ki, Hacı Elşad Bakı Şəhəri, Nəsimi rayonunda yerləşən Hacı Əjdərbəy məscidində müxtəlif vəzifələrdə işləmişdir. O, tanınmış rozaxan idi. Əvvəllər onun gözəl səsinə, avazına görə Bakının kəndlərindən belə həmin məscidə möminlər Allah rızası üçün namaza gəliblər.
Hacı Elşad uzun illərdir ki, Hacc ziyarətinə qurup rəhbəri olaraq zəvvar aparıb.

Bütün bunlardan əlavə də onu qeyd edək ki, Hacı Elşad, Redaksiyamızın rəhbəri "Hafiz" Elyaz Gülüyevin 15 illik dostu idi. Elyaz Gülüyev əvvəllər Qafqaz Müsəlmanları idarəsində işlədiyi müddətdə Hacı Elşadla eyni otaqda oturub, həmkarlıq ediblər.

Odur ki, redaksiya heyyətimizin rəhbəri Elyaz müəllim başda olmaqla bütün əməkdaşlarımızın adından Hacı Elşadın günahlarının bağışlanmasını, məkanının cənnət, məqamının uca olmasını, qəbir evinin cənnət bağçalarından bir bağça olmasını uca Allahdan diləyərək, öncə həyat yoldaşına, oğulları Hacı Elşən, Kərbəlayi Şəhram və Elvinə baş sağlığı verib. Allahdan səbr diləyirik.

Tanınmış DİN XADİMİ vəfat etdi


Allah rəhmət etsin!

Aybəniz Abdulova
Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi