Sorğu
Оцените работу движка

19 İyl 19:47Olke

CƏNUB BÖLGƏSİNİN BİR ALİMİ VƏFAT ETDİ

CƏNUB BÖLGƏSİNİN BİR ALİMİ VƏFAT ETDİ

Təhməzov Mirqiyas Mirxas oğlu.
1944-cü ildə Yardımlı rayonunun Televar kəndində anadan olmuşdur. 1951-ci ildə Tələbat kənd məktəbinin I sinifinə daxil olmuş, 1959-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir.İlk ruhani təhsilini Biləsuvar (keçmiş Puşkin) rayonunda Molla Huseyn Axundun daha sonra isə Lerik rayonunda Şeyx Qələm Axunddan almışdır. 1965-ci ildə Masallı rayon Çaxırlı kəndinə köçmüşdür. Çaxırlı kəndində yaşadığı müddətdə"Pravda" sovxozunda fəhlə işləməklə yanaşı gecə məktəbində orta təhsilini davam etdirmişdir. "Pravda" sovxozunda işlədiyi dövrdə əmək fəaliyyətinə görə dövlət tərəfinnən Fəxri fərmanla təltif edilmişdir. Sovxozda işləməklə yanaşı dini təhsilini Çaxırlı kəndinin Axundu Şeyx Rəhmət Axundun yanında davam etdirmişdir. 1987-ci ildə Rayon Sovetinin deputatı seçilmişdir. Əvvəllər olduğu kimi indi də şəxsi təsərrüfatla məşğuldur. Keçmiş sovetlər dövründən bu günə kimi xeyirxah işlərlə məşğul olmuş,təmannasız olaraq insanların xeyir və şər məclislərində iştirak edir. 1996-cı ildə Masallı rayonunun "Cümə" məscidinə Axund təyin olunmuş,1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi vəzifəsinə irəli çəkilmişdir.Hansı vəzifədə işləməyinə baxmayaraq bütün zamanlarda xalqın və dövlətin xidmətində durmuşdur.Ulu öndərimiz Heydər Əliyev cənablarının Prezdent seçkikərində təbliğatçı kimi fəal iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliveylə ilk görüşü Bakı şəhərində "Bibiheybət" məscidinin təməlqoyma mərasimində olmusdur. Sonra müxtəlif illərdə Ulu öndər Heydər Əliyevin Masallı rayonuna səfəri zamanı görüşmüş, onun yeritdiyi daxili və xarici siyasəti özü üçün həmişə həyat manifesti hesab etmişdir.Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əməyinin ruhanilərin üzərində böyük olduğunu daim vurğulamışdır.
Qazi işlədiyi dövrdə rayonun müxtəlif ərazilərində xeyr və şər evlərinin tikintisində, iki məscidin tikilib təhvil verilməsində,Çaxırlı kəndi ərazisində yolların və qaz xəttinin çəkilməsində xüsusi köməkliyi olmuşdur. Kimsəsiz və şəhid ailələrinə həmişə öz vəsaiti hesabına köməklik etmiş və hal hazırda etməkdədir.Ruhani və qazi işlədiyi zaman təmannazsız olaraq arzusunda olan insanlara dini təhsil vermişdir.
Ruhani təhsilinin bir hissəsinin Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə birlikdə almış sonrakı inkişafında onun böyük əməyi olmuşdur.

Respublikaxəbər.az-a MirQiyas ağanın ailə üzvləri tərəfindən verilən məlumata görə
O, 1 iyul 1944-cü ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. Gənc yaşlarından Masallı rayonuna köçüb, cənub bölgəsinin tanınmış din xadimlərindən təhsil alıb. Hacı Mirqiyas dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olub.

Nüfuzlu din xadimi bütün ömrünü islam dininin düzgün təbliğinə, islam əxlaqının cəmiyyətdə layiqli yer tutmasına, dövlətçiliyimizin qorunmasına həsr edib. O, 1997-ci ildən QMİ-nin Cənub bölgəsi üzrə qazısı olub. Hacı Mirqiyas uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib və Masallı rayonu Çaxırlı kənd qəbiristanlığında dəfn olunub.

O, Qafqaz Müsəlmanları Ruhani İdarəsində söz sahibi, Şeyx Həzrətlərinin də yüksək səviyyədə hörmət bəslədiyi və inandığı bir Hacı idi.
Redaksiyamız adından onun ailəsinə və özəlliklə də dostumuz Hacı Müşfiq qardaşımıza baş sağlığı veririrk.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: