Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Sen 09:11Kriminal
ŞƏKİ SAKİNLƏRİNDƏN QABAQCADAN ƏLBİR OLAN BİR QURUP ŞƏXS, HƏMKƏNDLİLƏRİNİ EVƏ SALARAQ DÖYÜBLƏR.
Respublikaxəbər.az xəbər verir ki, 03 sentyabr 2021-ci il tarixdə Nərimanov rayon ərazisində qabaqcadan əlbir olan bir qurup şəxs tərəfindən xuliqanlıq hadisəsi baş vermişdir. Belə ki, Bakı şəhəri,Nərimanov rayon ərazisində yerləşən evlərin birində bir-neçə dost və həmkəndlilər birlikdə mənzil kirayəliyərək müvəqqəti kirayənişin qalırlar. Daha sonra Şəki rayon,Baş Şabalıd kənd sakini Gülüyev Xanlar Ağasəf oğlu da Bakı şəhərində müvəqqəti işlədiyi üçün əlavə ev kirayələməyərək həmin həmkəndlilərin yanında qalır. Həmkəndlilərin yanında bir-neçə gün qaldıqdan sonra Xanları evdən çıxartmağın yolunu tapmadıqları üçün yəni çıx deməyə utandıqları üçün birləşərək Xanların üstünə şər atmaq qərarına gəlirlər. Belə ki, pul qablarında olan pullarının Xanlar tərəfindən oğurlandıqlarını bildirib,Xanları oğurluq əməlində ittiham edirlər. Həmin ittihamçılardan birincisi və mütəşəkkil xuliqan dəstəsinin başçısı Məmmədsoy Babək Əhmədalı oğlu olub. Daha sonra Babək Xanlara deyir ki, sən mənim pul qabımdan 300 manat pulumu gizlin götürmüsən. Xanlar isə nə qədər and içərək götürmədiyini və həmin pulu kimin götürməsindən xəbəri olmadığını bildirsə də, Babək Xanlara inanmır. Babək daha sonra Xanların qardaşı Elyaz Gülüyevə zəng edərək Xanların onun pulunu oğurladığını bildirir, Elyaz isə qanunvericiliyin tələblərinə uyğun olaraq Hüquq- Mühafizə orqanlarına müraciət etmələrini və Xanların əməlində oğurluq aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun olaraq qardaşı Xanları ciddi cəzalandırmasını bildirib. Babək daha sonra Elyaz Gülüyeve heçnə demədən sağollaşaraq telefonun dəstəyini asıb.
3 sentyabr 2021-ci il tarixdə Xanlar atasının doğum günü olduğu üçün Şəki rayonuna gəlməyi qərarlaşır, bu zaman Mütəşəkkil dəstənin üzvləri Xanlara zəng edərək bildirirlər ki, rayona gedirsənsə, Surətin rayona (valideynlərinə) göndərəcəyi sifarişi var, zəhmət olmasa gəl onu da götür. Xanlar da gedib sifarişi götürmək istədikdə, Mütəşəkkil dəstənin üzvləri Harun Mikayılov və Surət Hüseynsoy Xanları evə dəvət edərək bildirirlər ki, gəl hələ bir çay içək, sonra gedərsən. Xanlar evə daxil olan kimi Harun və Surət evin qapısını arxadan bağlayıb, Xanları yan otağa salırlar. Özləri də qapıda dayanıblar. Xanlar yan otağa daxil olan kimi Mütəşəkkil dəstənin rəhbəri Babək Məmmədsoy sanki Mafiya başçısı kimi yan otaqda hazır dayanıb,Xanlar da otağa daxil olan kimi, Babək Xanları salıb təpiyinin altına, baş nahiyəsindən yumuruqlar vuraraq Xanları təxminən 10-15 dəqiqə döyüb, Xanlar, hədsiz dərəcədə döyüldüyü üçün ölüm həddinə çatdığını gördükdən sonra guyamış ki, Harun və Surət Xanları Babəkin əlindən alıblar. Nəticədə Xanlar Bakı şəhərindən çıxıb Şəkiyə atasının yubileyinə gəlir. Lakin, Xanların qardaşı Elyaz Gülüyev onun narahat olduğunu və tez-tez baş nahiyəsini ovduğunu görüb, Xanlardan hal əhval tutub. Xanlar isə nə qədər gizlətməyə çalışsa da Elyaz sanki, hər şeyi bilirmiş kimi Xanlardan təkidlə soruşmuş, Xanlar isə məsələni tam təfərrüatı ilə qardaşına danışmışdır. Elyaz da Xanları danlayaraq nə üçün cinayəti gizlədirsən deyərək, Xanlara hadisə barədə dərhal 102 xidmətinə məlumat verməyi məsləhət bilmişdir. Xanlar da qardaşının qanunvericiliyin tələblərinə əməl etməyin çox əhəmiyyətli və önəmli bir iş olduğunu dedikdən sonra onun məsləhətini dinləyərək DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda ifadəsi alınması üçün, Nərimanov RPİ-dən Xanlar Gülüyev dəvət olunub.
Məsələni diqqətdə saxlayacağıq.
Onu da qeyd edək ki, həmin məsələ ilə bağlı, günahkarın cəzasız qalmaması üçün Xanlar Gülüyevin qardaşı olan Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev, surətləri
Respublika baş Prokurorluğuna, DİN-nin rəhbərliyinə, Bakı şəhər, Baş Polis İdarəsinin rəisinə, Bakı şəhər Prokurorluğuna, Nərimanov rayon prokurorluğuna və Nərimanov RPİ-nin rəisinə, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisinə olmaqla AR-nın prezidenti cənab İlham Əliyevə məlumat məktubu ünvanlayacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Respublikaxəbər.az 051 831 01 01
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib