Sorğu
Оцените работу движка

04 Apr 16:07Idman

Qaydasız döyüşçünün qətlinin təfərrüatı - “Diz çöküb üzr istə...” - FOTO

Qaydasız döyüşçünün qətlinin təfərrüatı - “Diz çöküb üzr istə...” - FOTO

Ötən ilin iyununda Bakıda qaydasız döyüşçü Murtuz Murtuzlunu qətlə yetirən 21 yaşlı Məhəmməd Məhəmmədliyə hökm oxunub.

Respublikaxeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, “Maqa” ləqəbi ilə tanınan M.Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, qətl qız üstündə baş verib. Belə ki, Məhəmməd qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb. Səhifənin parolu qızın sevgilisində olduğu üçün mesaja da o cavab verib. Raul Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.

Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı 23 yaşlı Murtuz Murtuzlunu da gətirib. Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan diz çöküb üzr istəməsini tələb edib. Bu zaman Məhəmməd üzərindəki bıçaqla Murtuza bir neçə zərbə endirib. Ağır xəsarət alan M.Murtuzlu xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən vəfat edib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi