Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Okt 14:08Ic-Siyaset
AY Partiya rəhbərliyinə YENİ TƏYİNATLAR
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) Baş Məclisinin genişləndirilmiş iclası keçirilib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Baş Məclisin Sədri Şəmsəddin Rəhimli yığıncağı açıq elan edəndən sonra Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərimizin və AY Partiya Başqanının mərhum müavini Azər Əsgərovun xatirələri 1 dəqiqəlik sükutla yad olunub.
Toplantıda çıxış edən AY Partiya Başqanı Anar Əsədli partiyanın dövlət qeydiyyatına alınması münasibətilə bütün üzvləri təbrik edib, AY Partiyanın qarşıya qoyulan hədəflərə çatmaq üçün bundan sonra da var gücü ilə çalışacağını deyib.
Anar Əsədli partiyanın ideoloji-siyasi xəttinin qalib gəldiyini qeyd edərək, təşkilatlanmağın, regional liderlərin yetişdirilməsinin vacibliyinə diqqət çəkib.
O bildirib ki, təşəbbüskarlığın və təəssübkeşliyin olmadığı toplumlar inkişaf edə demokratiyaya nail ola bilməz.
Daha sonra iclasın gündəliyi səsə qoyulub. Gündəliyə AY Partiya rəhbərliyinə yeni təyinatlar, təşkilati, partiya strukturlarının fəaliyyəti, rayon təşkilatlarının formalaşdırılması, Baş Məclisdə komissiyaların yaradılması ilə bağlı məsələlər daxil edilib. Müzakirələrdən sonra gündəlik qəbul edilib.
AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov partiya rəhbərliyinə yeni təyinatlar barədə məlumat verərək, həmin şəxsləri Baş Məclisə təqdim edib. Qeyd olunub ki, AY Partiya Başqanının sərəncamları ilə Rəşad Babayev İqtisadi məsələlər, Sevinc Fədai Sosial, qadın və uşaq məsələlələri üzrə müavin təyin ediliblər. Bundan başqa, Tural Əhmədovun AY Partiya Başqanının Avropa İttifaqı üzrə təmsilçisi, Mətləb Abdullayevin AY Partiya Başqanının Humanitar məsələlər üzrə müşaviri təyin olunmaları barədə sərəncam verilib.
Təşkilati məsələlər haqqında danışan Bəhrəm İsmayılov Baş Məclisin, MNTK-nın və Başqanlıq Heyətinin iclaslarının vaxtının müəyyənləşdirilməsinin vacib olduğunu bildirib. O, həmçinin təşkilati məsələlərin icrası üzrə işçi qrupun yaradılacağını deyib.
Partiya strukturlarının fəaliyyəti, rayon təşkilatlarının formalaşdırılması, Baş Məclisdə komissiyaların yaradılması məsələləri üzrə müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi