Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 Okt 18:09Cemiyyet
Azərbaycan Vətənpərvərlər Partiyasının qurultayı keçirilib
Sentyabrın 29-da Azərbaycan Vətənpərvərlər Partiyasının (AVP) qurultayı keçirilib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qurultay video-konfrans rejimində keçirilib.
Qurultaya 120 nümayəndə seçilib, onlardan 98-i forumda iştirak edib,10 nümayəndə internet problemi ilə əlaqədar,12 nəfər isə üzürlü səbəblərdən qurultayın işində iştirak edə bilməyib. Qurultay iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, bir dəqiqəlik sükutla ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhunu yad ediblər. Qurultayda qonaq qismində müxtəlif şəhər və rayonlardan şəhid ailə üzvləri və qazilər iştirak etmiş və öz çıxışlarında qurultay iştirakçılarına və partiyaya uğurlar arzulamışlar. Qurultayda nizamnamə və proqram sənədləri, partiyanın atributları, loqosu, bayrağı və möhürü haqqında qərar verildi. Daha sonra partiyanın sədr vəzifəsini icra edən Mahmudzadə Elvin bir illik fəaliyyəti haqqında qurultay iştirakçılarına məlumatlar verdi. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər və yenidən açıq səsvermə ilə partiyanın sədri vəzifəsinə Mahmudzadə Elvini seçiblər. Davamında MNTK üzvləri və Baş Məclisin üzvləri səsvermə yolu ilə seçilib. Gündəlikdəki bütün maddələr qəbul edildikdən sonra Mahmudzadə Elvin çıxış edib.O,partiyanın qarşıdakı hədəflərindən danışıb.Qurultay bununla işini yekunlaşdırıb. Əldə olunan sənədlərin yaxın zamanda Ədliyyə Nazirliyinə təqdim olunacağı qurultay üzvlərinə bildirilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi