Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Sen 17:41Ic-Siyaset
“Otkat”-la işləmiş QHT-lər nəyə etiraz edir? - SENSASİON FAKTLAR
Respublikaxeber.az Konkret.az-a istinadən xəbər verir ki, Son günlər sosial şəbəkələrdə bir neçə QHT nümayəndəsi intensiv olaraq yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə sifarişli hücuma keçib. Əslində yenicə yaranmış və hələ tam fəaliyyətə başlamamış quruma qarşı bu cür münasibət diqqətimizdən yayınmadı və məsələni bir qədər araşdırmaq qərarına gəldik.
İlk növbədə həmin QHT təmsilçilərinin kimliyini araşdırdıq. Əslində qarşımıza həmin QHT-lər və onların fəaliyyəti haqqında heç bir informasiya çıxmadı, yalnız bir müddət əvvəl ləğv edilmiş Azərbaycanda Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hər müsabiqəsində qrant almaqlarından başqa. Demək bu QHT-lər hər müsabiqədə qrant alıblar, amma ortada layihə fəaliyyətinə dair məlumat yoxdur. Maraqlıdır bu cür səriştəsiz və fəaliyyəti sıfıra bərabər təşkilatlar necə qrant alıb? Və yaxud qrant aldıqları qurumun varisi olan yeni Agentliyi niyə tənqid edirlər?
Araşdırmamızı bir qədər də genişləndirdik. Həmin təşkilat sədrlərinin “facebook” profillərinə göz gəzdirdik. Bəh-bəh! QHT Şurasının Katibliyinin icraçı direktoru işləmiş, QHT sektorunda “30%” ləqəbli Fərasət Qurbanovun şəkilləri profilləri bəzəyib. Bir neçə gün öncə bu şəxsin ad günü olub. Həmin QHT sədrləri keçmiş icraçı direktorun şəninə elə sözlər yazıblar ki, insan düşünür ki, Fərasət Qurbanov “Ginnesin rekordları”na düşməli şəxs imiş. Təəssüf ki, həmin şəxslərin Hesablama Palatasının QHT Şurasında apardığı yoxlamadan və oradakı biyabırçı vəziyyətdən xəbərləri yoxdur. Ya da özlərini bilməməzliyə vururlar.
Əlqərəz. İndi hər şey aydın olur. Demək sözügedən QHT-lər Fərasət Qurbanovun himayə etdikləri sırasındadır. Onlar duyuq düşüb ki, daha bizi himayə edən olmayacaq, “otkat” verib havayı pul qazana bilməyəcəyik. Yeni yaranmış Agentliyin çox təcrübəli Müşahidə Şurası əvvəllər buraxılmış ciddi səhvləri təkrar etməyəcək. Bax budur həmin təşkilatları narahat edən. Artıq qranta nəfsi hirsə çevrilib.
QHT Agentliyini gecə-gündüz tənqid edən, hətta QHT-ləri Müşahidə Şurasının üzvləri haqqında kampaniya aparmağa sövq edən şəxslərdən “qabaqcılı” isə Cəsarət Hüseynzadədir. Bu şəxs Fərasət Qurbanovla həmyerlidir. F.Qurbanov onun rəhbərlik etdiyi “İnformasiya təşəbbüslərinə dəstək” ictimai birliyinin qeydiyyata alınmasına və QHT Şurasından küllü miqdarda vəsait almış “qht.az” saytının qurulmasına “qarşılıqlı anlaşma” şəkilində kömək edib (bununla bağlı Cəsarət Hüseynzadənin facebook statusu da var). C.Hüseynzadə kimdir? O, QHT Şurası yaranan illərdə bir çox QHT-yə qeyri-rəsmi mühasiblik etmiş, daha sonra Şəmsi Əsədullayev adına Xeyriyyə Fondunun layihə koordinatoru olmuşdu. Heç bir təcrübəsi olmayan şəxs birdən-birə həmyerlisinin dəstəyi ilə yeni QHT-nin sədri və sayt rəhbəri olur.
Bir sözlə Fərasət Qurbanov nəinki bu şəxsi, hətta onun əhatəsində olan onlarla qadın təşkilatını “himayə” etməyə başlayır.
Beləliklə, QHT Şurasındakı “arı yuvası” artıq dağılıb və oradan səlis “bal”lanmaq bir qədər zəhmət tələb edəcək. Hazıra nazir olan QHT-ləri narahat edən köhnə himayədarlarının olmaması və yeni yanaşmalardır.
Əldə etdiyimiz məlumata görə, Hesablama Palatasının ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında apardığı yoxlamalarda ciddi qanun pozuntuları aşkarlanıb. Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, baş mühasibi Emin Məmmədov və bir neçə məsul şəxs məhz həmin nöqsanlara görə işlərindən qovulublar.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi