Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Avq 18:02Ic-Siyaset
Bu qızlar Azərbaycanda kişiləri soyundurub videoya çəkir – Aralarında alimi də var, mollası da...
Son dövrlər sosial şəbəkələrdə gənc qız profilləri ilə kişilərə zəng edib onları soyunduran, daha sonra videoya çəkən şəbəkə ortaya çıxıb.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, sözügedən çəkilişlər daha çox “facebook” sosial şəbəkəsinin “messenger”i vasitəsi ilə həyata keçirilir.
Bu şəbəkənin qurbanları isə daha çox orta yaşda olan kişilər və ya texnoloji məlumatları az olan istifadəçilər olur.
Bu şəbəkə necə fəaliyyət göstərir?
Gənc qız profilləri ilə edilən zənglərdən sonra zərərçəkənlər bir xanımın soyunaraq bədənini nümayiş etdirdiyinin şahidi olurlar.
Elə adamlar var ki, görüntünün real olduğunu zənn edib seyr edir, hətta “qadının” intim jestlərinə qarşılıq verir. Ancaq bilməlisiniz ki, bu, xüsusi bir proqramdır və əslində soyunan, intim səhnələri nümayiş etdirən robotdu.
Jurnalist Məhəmmədəli Qəribli də məsələ ilə bağlı şikayətçilərin çoxluğu haqqında məlumat verib. O, zərərçəkənlər arasında bir din adamının belə olduğunu bildirib:
“Bu yaxınlarda məhz bu üsulla Naxçıvanda tanınmış bir dindarı tələyə salıb, sonra videosunu paylaşıblar. Adam indi nəinki məscidə namaz qılmağa gedə bilmir, hətta utandığından evdən bayıra belə çıxmır.
Tələyə düşənlər elə bilirlər ki, bu səhnəni yalnız zəng edən qız və onun özündən başqa heç kim görmür. Ancaq hər iki şəxsin hərəkətləri xüsusi proqram vasitəsilə qeydə alınır. Əsasən hədəfə cəmiyyətdə tanınmış adamlar alırlar. Sonra çəkilən video ilə həmin adamı şantaj edirlər.
Məqsədlərinə çata bilməyəndə, videonu içtimailəşdirirlər. Həmin şəbəkənin baş mamarozası bu profil arxasında gizlənir. Yazır ki, türk əsillidi, Almaniyada yaşayır. Baxıram dostluğuna bəzi tanınan adamları alıb”.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, daha çox Türkiyə vətəndaşı olduğunu iddia edən “qızlar” tərəfindən bu addım atılıb.
Məsələn, fotosunu təqdim etdiyimiz profil sözügedən şəbəkənin ən aktivlərindən biridir. O, eyni fotonu müxtəlif adlarda profil şəkili edir və Türkiyə vətəndaşının adları ilə azərbaycanlı kişilərə yazır.
Bu şəbəkədən necə qorunaq?
Mövzu ilə bağlı azxeber-ə danışan texnobloger Fərid Pərdəşünas saxta profillərdən qorunmaq üçün hər kəsi fərdi olaraq diqqətli olmağa çağırıb:
“Bu məsələlərlə bağlı fərd olaraq hər bir insan özü diqqətli olmalıdır. Gələn mesajları, linkləri açmamalı, profilin “fake” olmadığına tam əmin olana qədər onu araşdırmalıdır. Saxta profili hər kəs yarada bilər, amma ondan qorunmaq daha çox diqqət vasitəsilə mümkündür. Çalışmaq lazımdır ki, onlarla ünsiyyətdə olmayasınız, məlumatları qarşı tərəfə ötürməyəsiniz. Onun profil şəkli yoxdursa və ya şəkil özü internet üzərindən əldə edilmiş şəkildirsə, profil yeni açılıb və tam məlumatlar yoxdursa artıq həmin profildən şübhələnmək olar. Çünki bu profil saxta hesabdır və sizə zəng edib videonuzu çəkə, sonra şantaj edə bilər”.
Texnoblogerin sözlərinə görə, “Facebook” süni zəka alqoritmləri vasitəsilə profilləri dəyərləndirir:
“Saxta profilin qarşısını almaq üçün “Facebook” özü də işlər görür. Bunu üçün süni zəka alqoritmləri var ki, bu alqoritm profilləri dəyərləndirir və onun bağlanıb-bağlanmamasına qərar verir. Amma bu fərdi şəxs yox, proqram təminatı olduğu üçün bəzən xətalar edərək həmin istifadəçiləri də sosial şəbəkəyə buraxır. Bir saxta profil yaradıb bloklanmısınızsa, artıq həmin İP, nömrə və ya elektron poçt ünvanı vasitəsilə yeni profil yaratmaqda çətinlik çəkəcəksiniz. Ən vacibi isə profilin saxta olduğunu müəyyən etdikdə “Facebook” vasitəsilə şikayətin göndərilməsidir. Bundan da istifadə etməyiniz məsləhətdir”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi