Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Avq 23:53Hadise
İŞƏ DÜZƏLDƏCƏYİ VƏDİ İLƏ 1500 MANATI YEYİB, SONRA GÖRÜN NƏ DEYİB?
Respublikaxəbər.az-a şikayət daxil olub.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15, Bina 10, mənzil 73 ünvanda yaşayan, vətəndaş Mirzəyev Kamil Məmməd oğlu tərəfindən redaksiyamıza daxil olmuş şikayətin məzmununu olduğu kimi təqdim edirik.
Hörmətli Elyaz müəllim!
Yazıb Sizə bildirirəm ki, təxminən 2021-ci ildə oğlum, Anar Mirzəyevin vasitəsi ilə tanıdığım, Bəşirov Şahin adlı şəxslə aramızda cüzi yaxın tanışlıq münasibəti yaranmışdır. Belə ki, Şahin Bəşirov mənim oğlum Anara idman dərsi keçirdi. Qeyd edim ki, tanışlığımızdan bir müddət keçdikdən sonra O, (Ş.Bəşirov) oğlumla mənə sifariş göndərərək, iki ay müddətinə ödəyəcəyi şərti ilə borc olaraq, 700 azn (yeddi yüz) manat məbləğində pul istəmişdir. Mən də oğlumun xahişini nəzərə alıb onun istədiyi pulu verdim. Şahin iki ay müddətinə ödəyəcəyi vaxtdan xeyli keçməsinə baxmayaraq, O, aldığı borcu qaytarmadığı üçün ondan pulu istədim. O isə maddi imkanının zəif olduğunu deyərək, biraz da gözləməyimi xahiş etdi. Dəfələrlə O, məndən möhlət istədi, mən də ona möhlət verdim. Nəticə etibarı ilə Ş.Bəşirov pulu aldığı müddətdən 3 il keçməsinə baxmayaraq, hələ də aldığı borcu geri qaytarmamışdır. Əlavə olaraq bildirmək istəyirəm ki, 2023-cü ilin sonuncu ayları ərəfəsində Şahin, oğlum Anara onu yaxşı bir işə düzəldəcəyini demiş,oğlum da sevincək razılaşmış və dərhal mənə məlumat vermişdir. Mən də oğlum qədər sevinib, razılaşdım və işin nə iş olduğunu öyrəndim, Şahin, oğlumu inkasator işinə düzəldəcəyini bildirdi.Amma Şahin, oğlumun işə düzəlməyi ilə bağlı müvafiq sənədlərin hazırlanması və təqdim edilməsi üçün müəyyən rüsumlar və zəhmət haqqı olaraq, məndən 1500 manat istədi, mən də 500 manat dərhal, təxminən bir ay olar-ya olmaz 1000 manat da ödəməklə onun dediyi 1500 manatı tamamlayaraq, ona təqdim etdim. Şahin oğluma bildirdi ki, 2024-cü ilin yanvar ayının 1 dən işə başlayacaqsan. Ona qədər sənədlər hazırlanır. Nəhayət 2024-cü ilin yanvar ayı da oldu, fevral ayı da oldu, hazırda avqust ayındayıq, hələ də nə oğlum işləmir, nə də ki, məndən aldığı 1500 manatı geri qaytarmır. Dəfələrlə Şahindən məqsədli şəkildə məndən aldığı pulu qaytarmasını tələb etsəm də, O, müxtəlif-müxtəlif yalan vədlər verərək, məni aldadaraq, məndən dələduzluq yoli ilə almış olduğu pulu geri qaytarmır. Əlavə olaraq, onu da qeyd edim ki, Şahin ilk öncə məndən borc olaraq, 700 manat da almış, ondan 150 manatı birtəhər qaytarsa da qalan 550 manatı da qaytarmır. Ümumilkdə Şahin məndən 550 manat borc olaraq, 1500 manat da dələduzluq yolu ilə almış olduğu pulun geri qaytarılmasında mənə köməklik göstərməyinizi, həmçinin Şahinin əməlində cinayət xarakterinin olduğunu hesab etdiyim üçün barəsində AR-CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanması ilə bağlı qərar qəbul edilməsi üçün göstəriş verərək köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
İmza: Mirzəyev Kamil Məmməd oğlu
Respublikaxəbər.az olaraq, müraciətin tam, obyektiv, qərəzsiz və doğru-dürüst araşdırılaraq, işə hüquqi qiymət verilməklə Şahin Bəşirovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyatı orqanlara məlumat məktubu ünvanlayacağıq.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi