Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 May 18:11Cemiyyet
ABŞERON RPİ-NİN ƏMƏKDAŞLARI VƏTƏNDAŞLA ƏDAVƏT APARIR?
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının əlindən vətəndaş bezib.
Bununla bağlı redaksiyamıza müraciət ediblər.
Müraciət məktubunu olduğu kimi təqdim edirik.
Respublikaxəbər.az İnformasiya-Xəbər Portalının rəhbəri
cənab Elyaz Gülüyevə:
İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla,
hazırda, Abşeron rayon, Sulutəpə qəsəbəsi, Vüsal Salahlı
küçəsində yaşayan Novruzov Hikmət Qubuş oğlu, və
Novruzov Qalib Qubuş oğlu tərəfindən:
Şikayət
(Abşeron RPİ-nin “ İnizbati polis sahə rəisi polis mayoru Təvəkkül Cəbrayılov, Tərlan Gülməmmədov, Polis kapitanı Rəhim Piriyev, DİN-nin Əlahiddə Çevik Polis Alayının polis serjantları Vüsal Zeynalov və Elvin Quliyev adlı əməkdaşlarının qanunsuz hərəkətlərindən)
Hörmətli Elyaz müəllim!
Yazıb Sizə bildirirəm ki, təxminən 2012-ci il tarixdən mən və qardaşım Novruzov Qalib Qubuş oğlu, Abşeron rayon Sulutəpə dairəsində fərdi ticarətlə məşğul oluruq. Belə ki, həmin ərazidə bir ədəd mağaza götürməklə, ağac və gül alveri ilə məşğuluq. Həmin ticarətlə məşğul olduğumuz müddətdə hər ay əraziyə təhkim olunmuş polis sahə rəisinə aylıq müəyyən məbləğdə pul ödəmişik. Polis sahə rəisi Təvəkkül Cəbrayılovdan öncə təhkim olunmuş sahə rəisi Ceyhun və ondan sonra kim təyin olunubsa onlara da aylıq rüsum ödəmişik. Təvəkkül Cəbrayılovun dövründə hər ay 200 manat ödəyirdik, Lakin, 2023-cü il tarixdə Novruz bayramında, yəni mart ayının 21-də Təvəkkül Cəbrayılov və iki nəfər adlarını qeyd etdiyim Vüsal və Elvin adlı polis serjantları mənə yaxınlaşaraq bildirdi ki, artıq aylıq 200 manat yox, 300 manat oldu.
Mən, Təvəkkül Cəbrayılovun bu kimi təklifinə etirazımı bildirdikdə, O, mənimlə mübahisə etdi və bildirdi ki, sən burada işləməyəcəksən!!! Ya 300 manat verəcəksən, ya da mallarını yığışdıracaqsan! Mən də həmin vaxt malları maqazinimin içərisinə yığdım, 2-3 gün sonra mənim içəri yığdığım mallar xarab oldu, amma buna baxmayaraq ətrafdakı şəxslərin öz fəaliyyətlərinə davam etdiklərini görüb, mən də mallarımı çölə çıxartdım. Mən malları çölə çıxartdığım zaman Təvəkkül və iki nəfər onun qulluqçuları Elvin və Vüsal mənə bir daha yaxınlaşdılar. Yenə də bildirdilər ki, mallarını içəri yığ! Mən isə onlara bildirdim ki, nə üçün yalnız mən mallarımı içəri yığımalıyam? Qanun hər kəs üçün eyni deyilmi? Onlar mənim sualıma cavab verdilər ki, qanun hər kəs üçün eynidir, Onlar pul verirlər, sən də verməlisən! Mən də onlara bildirdim ki, mən Sizə hər ay 300 manat ödəməyə gücüm çatmır. Onlar da mənim qoluma girərək maşına mindirdilər ki, gedək polis idarəsinə, orada səni başa salacağıq. Onu da qeyd edim ki, polislər, mənimlə bərabər qardaşımı da polis idarəsinə apardılar. Təxminən günorta saat 12-də bizi polis idarəsinə, polis idarəsindən də məhkəməyə apardılar, qeyri-rəsmi iş günü olduğundan məhkəmə orqanları işləmədiyindən axşam saat 17:18 radələrində təkrar şöbəyə gətirdilər və sonra sərbəst buraxdılar, bildirdilər ki, gedin, sabah gəlin. Sabah biz ikimiz də yenə Abşeron RPİ-nə getdik, ordan da məhkəməyə getdik. Məhkəmə yenə olmadı, dedi ki, axşam tərəfi gətirin. Nəticə etibarı ilə həmin gün məhkəmə oldu, Məhkəmə mənim xeyrimə qərar qəbul etməklə, onların protokollarına xitam verdi. Mən və qardaşım evimizə gəldik. Məhkəmə olduqdan iki gün sonra mənim həmin ərazidəki maqazinimdə oğurluq hadisəsi baş verdi. Oğurluq hadisəsində mənə təxminən 2000 manata yaxın məbləğdə ziyan dəymişdir. Hadisə ilə bağlı mən DİN-nin 102 saylı qaynarxətt xidmətinə məlumat verdim. Məlumatım əsasında hadisə yerinə Abşeron R;Pİ-nin əməkdaşları gəldilər. Hadisə yerinə baxış keçirərək getdilər. Hazırda şikayətimlə bağlı araşdırma davam edir. Mən maqaznimdə baş vermiş oğurluq hadisəsinin baş vermə səbəbini yalnız mənim şikayət etdiyim polislərdən şübhələnirəm. Ona görə ki, onlar məni bir-neçə dəfə şantaj edərək bildirmişdilər ki, elə etmə ki, sənin cibindən narkotik çıxararaq səni içəri göndərək. Əlavə olaraq onu da qeyd edim ki, 2021 və 2022-ci ildə də mənim maqazinimdə oğurluq hadisəsi baş verməklə mənə xeyli miqdarda maddi ziyan dəyməsinə baxmayaraq, həmin cinayətin də üstü isti izlərlə açılmamışdır.
Hörmətli Elyaz müəllim!
Odur ki, Sizdən xahiş edirik ki, şikayət məktubumuzda qeyd etdiklərimizlə bağlı səlahiyyətiniz çərçivəsində araşdırma apararaq, həqiqətə uyğun olduğu təqdirdə ictimailəşdirəsiniz və eləcə də aidiyyatı qurumlara məlumat verəsiniz.
Əvvəlcədən təşəkkür edirik!
İmza: Novruzov Hikmət Qubuş oğlu
İmza: Novruzov Qalib Qubuş oğlu
Qeyd edərək diqqətinizə çatdırırıq ki, deyilənlərlə bağlı redaksiyamıza daxil olan müraciət məktubunu araşdırılması üçün aidiyyatı üzrə Surəti: Abşeron RPİ-nin rəhbərliyinə olmaqla, DİN-nin rəhbərlıiyinə göndərəcəyik.
Qarşı tərəfi dinləməyə hazırıq!
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi