Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Fev 11:25Hadise
YAZIÇI JURNALİST ÖLKƏ RƏHBƏRİNƏ VƏ DİGƏR AİDİYYATI QURUMLARA MÜRACİƏT ETDİ.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Pespublikası Baş prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazova
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə
Respublika Səhiyyə naziri cənab Teymur Musayevə
Təbib İdarə Heyətinin sədri Vüqar Qurbanova
"Respublikaxəbər.az" İnformasiya-Xəbər Portalının rəhbəri Elyaz Gülüyevə
Bütün media qurumlarına
İNSAN HƏYATI, YOXSA PUL?
Əvvəla nəzərinizə çatdırırıq ki, Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) dünya səhiyyəsində olduğu kimi geniş yayılmış sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. 1 yanvar 2020-ci ildən etibarən İTS-nin bütün ölkə üzrə tətbiqinə başlanılmışdır. Bu məqsədlə 2018-ci ilin sonlarında İTS-ın ölkə üzrə tətbiqinə şərait yaradan "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun qəbul edildi, bununla bağlı mühüm fərmanlar imzalandı.
Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev 2018-ci il 20 dekabr tarixli 418 saylı "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzadı. Fərmana əsasən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri haqqında təkliflərin hazırlanması prosesi, İTS-in tətbiqi üçün lazım olan normativ hüquqi aktlar, tibbi protokollar və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması və coxsaylı məsələlərin həlli öz əksini tapmalı idi, ona görə İTS sözügedən fərmana uyğun olaraq fəaliyyətə başladı. Bəs bu sistemdə həkimlərin əməkhaqları necə hesablanır? Əsas məsələ də əlbəttə ki, bundadır. Yaranmış sistemin tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artdı, belə ki, həkimlərin əməkhaqları iki hissədən ibarət oldu. Birinci hissədə həkimin aldığı aylıq məvacib artır və əlbəttə ki, bu sabit qalır. İkinci hissədə isə həkimin göstərdiyi ximətə görə onun əməkhaqqına əlavələr olunur.
Yaxşı, bəs bizim ölkəmizdə həkimlərimiz bu şərtlərlə razılaşırmı? Əlbəttə ki, razılaşan, həkim andına sadiq qalan əsl insan, vicdanlı həkimlərimiz də çoxdur. Onlar nə sığortaya baxır, nə də "xəstənin cibi”nə. Sadəcə insan, vicdan, mərhəmət sahibi olduqları üçün adını daşıdıqları bu şərəfli peşənin məsuliyyətini dərk edir, bu adı daha da ucalara qaldırırlar.
Amma...
Elələri də var ki...
Keçək əsas mətləbə. 2022-ci il avqust ayının 26-da İsmayıllı rayonunda yaşayan 1986-cı il təvəllüdlü bacım qızı Yusifi Ləman Vahid qızı (doqquz aylıq hamilə idi) ana bətnində inkişafdan qalmış hamiləlik, yəni, ölmüş döllə icbari tibbi sığorta olunaraq Respublika Kliniki Xəstəxanasının ginekologiya şöbəsinə yerləşdirildi. İlk müayinədən sonra təxminən gecə saat 23:00, ya da səhv etmirəmsə 23:15 olardı. Təcili qeysəriyyə əməliyyatı edərək Ləmanı "guya ölü döldən xilas etdilər". Etdilər etməsinə də, amma necə? Sən demə, yazıq qızın qara günləri bundan sonra başlayacaqmış. Əməliyyatdan sonra cərrah-cəllad Şəhla yanımıza gələrək bacım qızının əməliyyatının bitdiyini dedi və ölmüş uşagın videosunu bizə göstərdi. Bu zaman bizdən əməliyyat üçün özü və anestezioloq üçün pul istədi. Və onu da əlavə etdi ki, xəstənizi reanimasiya şöbəsinə yerləşdirdik, orada qan köçürüləcək və aldiğıňız bütün sistemlər qoşulacaq. Mən "biz sigorta ilə gəlmişik" , həm də uşaq ölməsəydi, əlbəttə, biz sizə şirinlik verəcəkdik, dedim. Onu da əlavə etdim ki, hələ xəstəmiz özü yaxşı olsun, yəqin ki, "hörmətini”zi edərik, dedim.
"Nə olsun sıgorta ilə gəlmisiniz, gecə vaxtı məni evdən gətiriblər" - dedi Şəhla. Qaşqabaqlı halda gözləmə otağını tərk edərək həmin bu cəllad həkim dodaqaltı nə isə danışa-danışa çıxdı. Belə məlum oldu ki, bunlar, yəni bu "həkimciklər" bizim xəstəmizə əməliyyatdan sonrakı müalicənin heç birini etməyiblər. Buna görə də xəstənin qanına zəhərlənmə keçir, çünki bunlar gecə ikən bizim özümüzə, hətta xəstəxana fondundan da deyil, təkrar edirəm, özümüzə ardıcıl olaraq aldırdıqları sistem və dərmanların heç birini Ləmana –
xəstəmizə köçürməyiblər. Bunu Ləmanin özundən soruşduq, o da iynə yerlərini göstərərək, "cəmi bir neçə iynə vurulub, qan köçürulməyib, başqa heç nə olmayıb" - dedi. Xəstəxanadan şəxsən mən özüm çıxararaq evimizə gətirəndə müalicə həkimi "qatil ginekoloq Sevinc İdrisovaya ( müalicə həkimi) zəng vuraraq "bu qız ağır xəstədir, buna müalicə yazmırsan? - deyə soruşdum. O da cəmi bir adda antibiotik (çeftriakson) yazdı və mən yenə soruşdum ki, təkcə bu dərman? Dedi, bəsdir, üç iynədir, o da kifayət edər. Bir neçə gün bizdə qaldıqdan sonra Ləman yataq şəraitində olan xəstə anasının yanına dönmək istədiyini bildirdi. Və mən Ləmanı oğlumla İsmayillıya öz kirayə qaldıqları evə apardıq. Rayona gedəndə də Ləman agrıdan dayana bilmirdi. Fikirləşdik ki, yeni əməliyyat olunub, yəqin ki, ağrıları ona görədir. Güman ki, xəstəxanada olan laqeyd münasibətdən - bisavad müalicədən, icbari sıgorta ilə gəldiyinə görə ona olan biğanəlikdən də Ləmanın şiddətli ağrılari başladı və təkrar ikinci dəfə İsmayıllı rayonundan təcili yardımla yenə həmin adı gedən xəstəxanaya göndərildi (onu da nəzərinizə çatdırım ki, şəxsən mən həmin həkimləri demek olar ki, güc-bəla ilə birtəhər xəstəmizə baxmağa sövq elədim). Səbəb isə icbari sığorta ilə xəstəxanaya gəldiyi üçün həmin həkimlər əməliyyat etdikləri xəstənin müayinəsinə baxmaqdan imtina edirdilər. Bu dəfə də "düzgün aparilan analizlərin nəticəsi müsbət" olaraq dəyərləndirildi. Halbuki bacım qızını İsmayıllı rayon mərkəzi xəstəxanasından həkimlər qanında zəhərlənməni və artıq sepsisin başlamasını hiss etdikləri üçün təkrar xəstəxanaya təcili yardımla gondərmisdilər. Belə ki, xəstəmizi analiz edərkən qanının olduqca zəif oldugu aşkarlanır, ola bilsin artıq sepsis başlayıb deyə, bu səbəbdən də xəstəyə qan köçürmək və dərhal qanının yuyulması, həm də cərrahi müdaxiləyə ehtiyac olduğu bildirilir. Mənim çox xahiş və təkidimdən sonra Şəhla Musayeva bacım qızına baxış keçirdi və bizi arxayın etdi ki, xəstənizdə ciddi heç nə yoxdur. Və bir neçə gün bacım qızını xəstəxanada saxladı. Sonra hər şeyin yaxşı olduğunu söyləyən cəllad Şəhla xəstəmizi xəstəxanadan çıxararaq evə göndərdi.
Sentyabr ayının 13-də xəstəxanadan evə gələn bacım qızının temperaturu yüksəlir. Beləliklə də, 2022-ci il sentyabr ayının 15-də Ləmanın ev sahibəsi Xuramanın zəng vuraraq onun müəmmalı şəkildə ölmə xəbərini bizə deyəndə biz şoka düşdük, heç cür inanmadıq. Çünki xəstəxanada olarkən biz yalnız telefonla əlaqə saxlaya bilirdik, həkimi deyirdi normaldır, hər şey əladır. Təbii ki, Ləman xəstəxanada olarkən bizi içəri xəstəmizin yanına buraxmırdılar, özunü görmək imkanımız olmurdu. Özu də deyirdi agrılarim azalıb.Əgər elə idisə, niyə evinə qayıdan kimi yenidən ağrılar başladi? Belə aydın olur ki, işinə səhlənkar yanaşan, Respublika Kliniki Xəstəxanasının bir neçə qeyri-peşəkar həkiminin, o cümlədən həkim cəllad Şəhla Musayevanın, reanimasiya şöbəsinin qatil həkimi Ulduzun (familiyasını bilmirəm) və qatil ginekoloq Sevinc İdrisovanın səriştəsiz müalicə metodları, xəstəmizi ağrıkəsicilərlə sakinləşdirərək başlarından etmələri 35 yaşlı bir gəncin həyatına son qoydu...
Bacım qızının faciəli şəkildə tələf olmasının beşinci ayı tamam olmaq üzrədir. Bu vaxt ərzində aparılan ekspertlərin( həkim ekspert komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertlərinin) rəyi tam olaraq bizə açıqlandı, biz öz rəyi oxuyub bunun həkim səhlənkarlığı olduğunu gördük (təbii ki, bizə ikinci rəyi vermədilər, cinayət işi başa çatdıqdan sonra həmin rəyi bizə verəcəklərmiş...) və həmin həkimlərin səhvi üzündən birinci dəfə komisyon həkim-ekspertlərin verdiyi rəy, ikinci dəfə isə məhkəmə tibbi ekspertlərinin vedikləri rəyin nəticəsi eyni oldu. Ölümün səbəbi "Zahılıq dövrünün sepsisi" - yəni onun qanında zəhərlənmə getməsi diaqnozu oldu.
Keçən ilin - yəni 2022-ci ilin sonlarından işlə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi açılıb. Qatil cəllad həkim Şəhla Musayeva və onun havadarları, Respublika Kliniki Xəstəxanasının ginekologiya şöbəsinin müdiri Zəhra Abbasova (Zara adı ilə tanınır)
Haşiyə: Məlumunuz olsun ki, həmin Zara 2015-ci ildə Respublika Kliniki Xəstəxanasında ginekologiya şöbəsinin müdiri işləyərkən dəhşətli uşaq ölümləri faktları ilə gündəmə gəlir. Ən tükürpədici hal odur ki, 7 körpənin öldürülərək Hövsan qəbirisanlığında bir qəbirdə basdırılması faktları üzə çıxır. Həmin cinayətin başında bu Zara deyilən qadın dayanır. Amma necə olursa, bu Zara işin içindən əli-ayağı “qupquru" çıxır. Cinayətin üstünü ört-basdır edirlər. Bu kimi cinayətlərin gizlədilib, ört-basdır edilməsi ictimaiyyətdən gizlədilsə də, fakt faktlığında qalır və geci-tezi Allah onların bəlasını verəcəkdir. Bu söhbətin bizim məsələmizə aidiyyəti budur ki, həmin cinayətkar həkim qrupu indi də bizə təsir göstərmək istəyir, bizi susdurmaq istəyir. Çünki bunlar bu işləri necə və nə cür həll edəcəklərini çox yaxşı bilirlər. Hazırda bunlar bizim məlum ekspert rəylərini nə yollla olur-olsun dəyişdirməyə çalışırlar. Özlərinin bizə "Ləman trombdan ölüb" deməsi bunu açıq aydın göstərir ki, bunlar rəyi dəyişəcəklər. Bununla bağlı öncə dövlətimizin başçısı cənab İlham Əliyevdən, sonra bütün media qurumlarından, səlahiyyətli şəxslərdən, daha sonra respublika hüquq-mühafizə orqanlarından, Səhiyyə Nazirliyindən acizanə xahiş edirik bizim haqq səsimizə səs versinlər. Bacim qızının qanını çirkli pulları ilə batırmağa çalışırlar. Bu cinayətkar dəstə cəzasını almadıqca, bunlar daha çox canlar alacaq, daha çox insanların ölümünə səbəb olacaqdır. Mən başa düşmürəm, biz hansı zamanda, hansı dövrdə yaşayırıq ? Bunları işə götürən, insan həyatını oyuncağa çevirən, insan həyatına lazımsız əşya kimi baxan, göz görə-görə ölümə tərk edən bu vicdansız həkimlərin, aid olduqları tibb müəssisəsinin rəhbərliyi, cavabdehi, məsul şəxsi yoxdurmu? Bu vicdansız həkimlər üçün insan həyatı bu qədərmi, belə ucuzdur ? Bu qədərmi bunlar insan qanına susayıblar?
Biz, yəni mərhum Ləmanın yaxınları olaraq xəstəmizin səhhətinə ciddi yanaşmayan, onu gənc yaşında ölümə sövq edən, bacım Gözəlin nəslini kəsən, yeganə varisini həyatdan silən ( bacımın tək övladı Ləman idi!!!) Respublika Kliniki Xəstəxanasının "cəllad həkim”lərindən bu iş öz ədalətli və qanuni həllini tapanadək əl çəkməyəcək, bir cavanın ölümünün üstünün ört-basdır edilməsinin qarşısını almaq üçün şikayətimizi edəcəyik. Bacımıza heç cür təskinlik verə bilmirik, övladının yoxluğu ilə barişmayan ana bu gün agır yataq xəstəsidir, dövlətimizin başçısı cənab İlham Əliyevdən, Səhiyyə Nazirliyindən, Pespublika Baş Prokurorluğundan, digər bütün hüquq mühafizə orqanlarından qızının qatillərinin cəzalanmasinı xahiş edir, istəyir və tələb edir.
Əminəm ki, ürəyi dağlanan ananın ah-naləsini öncə Allah eşidəcək, onların layiq olduqları cəzalarını verəcək. Sonra isə insan həyatı ilə oynayan, insan həyatını oyuncağa çevirən, işinə məsuliyyətlə yanaşmayan laqeyd həkimlərin layiq olduqları cəzanı almalarına hüquq-muhafizə orqanları, o cümlədən Yasamal rayon prokurorluğunun müstəntiqi Səyyad Abbasov da tam məsuliyyət və vicdan hissilə yanaşacaq və cinayətkarlara layiqli cəzalarını verəcəklər. Bəlkə bundan sonra azacıq olsa da, yataqda ağır vəziyyətdə yatan bacım Gözəlin, Ləmanın anasının ürəyinə bir damla da olsun su səpi.
İmza:
Təranə Əmir qızı Cəbiyeva,
yazıçı-jurnalist
6 yanvar 2023-cü il

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi