Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 İyl 11:35Sehiyye
Baş həkim: “Mənim xəstəxanamda sənə yer yoxdur” – Bir qalmaqalın TƏFƏRRÜATI
Müalicəsi üçün Heydər Əliyev Fonduna müraciət edən Şabran sakini Elminaz Vəliyeva bildirib ki, rayon xəstəxanasının baş həkim Aslan Usubovdan şikayətçidir.
Respublikaxeber.az xəbər verir ki, Bizim.Media-ya danışan Elminaz Vəliyeva bildirib ki, fonddan müalicəsinin nəzarətə götürülməsi cavabı gəlsə də baş həkim məsələyə ciddi yanaşmayıb və o, hələ də müalicəsini ala bilməyib.
“Artıq 14 ildir ki, venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkirəm. Son bir ildə vəziyyətim ağırlaşaraq yürüməyimə böyük problemlər yaradıb. Həkim müayinəsindən sonra mənə bildirdilər ki, mən ya təcili əməliyyat olunmalıyam, ya da əlillik dərəcəsi ilə təqaüdə çıxmalıyam. Həyat yoldaşım Vəliyev Oqtay III qrup I Qarabağ müharibəsi əlilidir və iş qabiliyyətini itirdiyi üçün heç bir yerdə çalışa bilmir. İki azyaşlı övladım var. Lakin Şabran Rayon xəstəxanasının baş həkimi Aslan Usubov məsələyə baxmır”,- deyə o, bildirib.
E.Vəliyeva həmçinin qeyd edib ki, məktubuna təsdiq cavabı gəldikdən sonra Şabran xəstəxanasından onu müayinə üçün M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yollayıblar.
“Orada müayinələrdən keçdikdən sonra ürəyimdə problem aşkarlandı və mənə əməliyyatın riskli və ancaq təqaüdə çıxmalı olduğumu bildirdilər. Oradan mənə təqaüdə çıxmağım üçün arayış verdilər və mən yenidən baş həkim Aslan Usubovun yanına gəldim. O isə kağıza baxıb təqaüd düşmədiyimi deyərək məni Quba xəstəxanasına yolladı. Lakin Quba xəstəxanasında da həkimlər eyni fikri səsləndirdilər – Əməliyyat risklidir. Bir ildir Aslan həkim məni ora-bura yollamaqla məşğuldur”.
Şikayətçi A. Usubovun fəaliyyətsizliyini görüb yenə ikinci dəfə Heydər Əliyev Fonduna müraciət etdiyini də vurğulayıb. Onu sözlərinə görə, həkim ikinci məktuba gələn cavabı ondan gizlədib:
“Məni nə əməliyyata girməyimi təmin edir, nə də təqaüdə çıxmağıma imkan yaradır. Heç olmaya ayaqlarım düzəlsə işləyib balalarımı dolandıraram”,- deyə şikayətçi qeyd edir.
Şikayətçi M.Topçubaşov adına xəstəxanadan ona arayış verilərək, onu Səhiyyə Nazirliyinə yolladığını da bildirib:
“Nazirlikdən Aslan həkimə zəng etdilər ki, müalicəmi öz üzərinə götürüb, nəzarətində saxlasın. Lakin mən Bakıdan Şabrana qayıtdıqdan sonra məni qəbul etdi, Nazirliyə getdiyim üçün mənimlə kobud danışıb, üstümə qışqırdı. Halbuki nazirlk rəsmisinə bütün işləri boynuna götürəcəyini bildirmişdi. Ancaq o bunu etmədi, hətta mən qayıtdıqdan sonra məni otağına belə buraxmadı. Dedi get, Quba xəstəxanasına yerləşdirsinlər səni, orada yat, mənim xəstəxanamda sənə yer yoxdur. Mən Şabran sakini olduğum üçün öz xəstəxanamızda müalicə almalıyam. Bir sözlə Aslan Usubov söz versə də mənim müalicəmi öz üzərinə götürmədi”.
Məsələyə aydınlıq gətirən Şabran Rayon Xəstəxanasının Baş Həkimi Aslan Usubov Bizim.Media-ya açıqlamasında bildirib ki, xəstə üçün ixtisaslaşdırılmış müalicə tövsiyyə edilib.
Həmin bu müalicə də Şabran xəstəxanasında olmadığı üçün, xəstə Bakıya M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.
“Orada o xanıma stasionar kağız deyil, ancaq müayinə haqqında arayış veriblər. Həkim Məsləhəti Komitəsinə etdiyimiz müraciətə cavab olaraq stasionar müalicə müddəti az olduğu üçün əlavə müalicə təyin edilib. Qanunla xəstə əlilliyinin olub-omaması üçün əvvəl stasionar müalicə olunmalıdır. Bu müalicədə sonra onda əmək qabiliyyətinin həqiqətən pozulması təsdiq olunsa biz nəticələrini aidiyyatı qurumlar üzrə yollayırıq. Bundan sonra Xaçmaz Həkim Məsləhət Komitəsi məsələyə baxıb, qərar verirlər. Əgər xəstənin əmək qabiliyyəti həqiqətən pozulubsa, onun sənədləri Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiza komitəsinə göndərilir. Vətəndaşın hara müraciət etməsindən asılı olmayaraq, qanun olaraq hər bir xəstə bu prosedurdan keçməlidir”.
Bundan başqa o, vurğulayıb ki, artıq əlilliyin təyin edilməsi məsələsi mərkəzləşdirilib, ona görə də bu Şabran xəstəxanasının səlahiyyətində deyil.
“Şabran, Siyəzən və Xızı rayonları sakinləri üçün əlillik məsələsi mərkəzləşdirilərək Xaçmaz Mərkəzi Rayon xəstəxanasının həkim məsləhət komitəsinə verilib. Çox güman ki, o xanım 6 aydır ki, heç bizim xəstəxanamıza gəlməyib. Ona görə də bu qanundan xəbəri yoxdur. O xanım da məsələ ilə bağlı Xaçmaz xəstəxanasına müraciət etməlidir, oradan ona bu işlər üçün hansı sənədlərin tələb olduğunu bildirəcəklər”.
Baş həkim bildirib ki, Şabran Rayon xəstəxanasında ümumiyyətlə Damar Cərrahiyyə şöbəsi yoxdur.
“Xəstəxanamızda bu şöbə olmadığına görə, sahə üzrə həkim də yoxdur. Biz adətən belə xəstələri Bakı şəhərində fəaliyyət göstərən lazimi xəstəxanalara yönləndiririk. Lakin xəstəni orada qəbul etmirlərsə bu artıq mənim problemim deyil”.
Söhbət əsnasında Baş həkim E. Vəliyevanın gizlədilən məktub iddiasına da cavab verib. O, bildirib ki, belə məktublara cavab gələndə bir nüsxəsi xəstəxanaya, digər nüsxəsi isə müraciət edənə göndərilir.
“Ona görə də bu cür rəsmi məktubların saxlanılması və ya gizlədilməsi qeyri-mümkündür”.
Məsələni diqqətimizdə saxlayacağıq!
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ