Sorğu
Оцените работу движка

15 Okt 15:39Cemiyyet

SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!

RESPUBLİKAXƏBƏR.AZ-a daxil olan məlumata əsasən bir-neçə rayonların prokuroru işləmiş sabiq prokuror, Mirələkbər Seyidov, vətəndaşı aldadaraq 4000 manat məbləğində pulunu ələ keçirmiş, aldığı pulun da 3000 manatını Biləsuvar RPŞ-nə, 1000 manatını isə vəkiliə verdiyini bildirmişdir. Bu məsələ ilə bağlı hər iki tərəfin mövqeyi öyrənildikdən sonra, tərəfimizdən Biləsuvar RPŞ-nin rəisinə rəsmi məlumat məktubu ünvanlanmışdır. Nəticə barədə Biləsuvar RPŞ-də araşdırma aparıldıqdan sonra təkrar Siz dəyərli izləyicilərimizə məlumat verəcəyik.

Biləsuvar RPŞ-nin rəisinə ünvanlanmış məlumat məktubunun mətnini olduğu kimi Sizə təqdim edirik.

Hörmətli, möhtərəm cənab baş prokuror!
Hörmətli, möhtərəm cənab nazir!

Məlumat üçün bildiririk ki, Biləsuvar rayon, Şəhriyar küçəsi, ev 15 də qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava deyilən ərazidə müvəqqəti kirayənişin yaşayan İbrahimov Elxan Müqəddəs oğlu, əlaqə nömrəsi: (xxx) xxx xx xx redaksiyamıza müraciət edərək, qardaşının barəsində Biləsuvar RPŞ-nin İB-də AR-CM-nin 152.1-ci maddəsi ilə cinayət işinin başlandığını, bir-neçə rayonun prokuroru işləmiş sabiq prokuror Mirələkbər Seyidovun ondan qardaşının barəsində Biləsuvar RPŞ-nin İB-də başlanılmış cinayət işinə xitam verdirəcəyi vədini verməklə, dələduzluq yolu ilə 4000 AZN (dörd min) manatını ələ keçirdiyini, lakin verdiyi vədinə əməl etməməsinə baxmayaraq, ondan alınmış 4000 AZN (dörd min) manat puldan heç bir manat məbləğində pul qaytarmadığını bildirərək, digər şəxslərin də Mirəlkbər Seyidovun qurbanına çevrilməməsi məqsədi ilə vətəndaş; Elxan İbrahimov, müraciəti ilə bağlı səlahiyyətimiz çərçivəsində araşdırma apararaq, həqiqətə uyğun olduğu təqdirdə ictimailəşdirməyimizi, eləcə də aidiyyatı orqanlara məlumat verməyimizi xahiş etmişdir. Vətəndaşın şikayəti əsasında Mirələkbər Seyidovun (xxx) xxx xx xx saylı mobil əlaqə nömrəsi ilə əlaqə saxlayaraq, deyilənlərlə bağlı mövqe bildirməsini xahiş etdiyimiz zaman Mirələkbər Seyidov, manitor arxasından vətəndaşın redaksiyamıza bildirdiklərinin həqiqətə uyğun olmadığını, yəni ondan pul almadığını, sadəcə insanlıq naminə əvvəlki vəzifəsi əsasında dostlarının olduğu üçün onlara mənəvi dayaq olduğunu bildirdi. Lakin, Mirələkbər Seyidovla bərabər masa arxasında jurnalist kimi deyil də, Elxan İbrahimovun əmisi oğlu kimi təqdim edilərək əyləşdiyimiz zaman Mirələkbər Seyidov, Elxan İbrahimovdan 4000 manat aldığını və həmin 4000 manatın 1000 manatını məhkuma dövlət tərəfindən təhkim edilmiş vəkilə, 3000 manatını isə Biləsuvar RPŞ-nə verdiyini bildirdi. Mirələkbər Seyidovun Biləsuvar RPŞ-nin hər hansı bir əməkdaşını rüşvətdə ittiham etməsi tamamilə ağ yalan olduğunu bilirdik. Çünki, özünə də bildirdik ki, "Sən yalan danışırsan, əvvəla A bəndi) Azərbaycan polisi rüşvətə əl bulamır, B bəndi- isə rüşvət alsaydı, E.İbrahimovun barəsində AR-CM-nin 152.1-ci maddəsi ilə başlanmış olan cinayət işinə xitam verərdi. Tam əksi; AR-CM-nin 152.1-ci maddəsi ilə conayət işi başlansa da, nəticə etibarı ilə AR-CM-nin 152.4-cü maddəsi ilə cinayət işi yekunlaşaraq, Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Odur ki, Mirələkbər Seyidovun vətəndaşa qarşı törətdiyi əməlində AR-CM-nin 178-ci maddəsinin tərkib əlamətləri hesab edildiyindən aidiyyatı üzrə Sizə göndərməklə, həmin şəxsin barəsində ciddi tədbir görülməklə cinayət məsuliyyətinə cəlb etməyinizi Sizdən xahiş edirik. Onu da qeyd edək ki, sosial şəbəkələrdə Mirələkbər Seyidovun barəsində yazılanlara nəzər yetirdiyimiz zaman, onun bu kimi əməllərinin birinci olmadığ müəyyən olundu. Onun barəsində digər internet saytlarında yazılanlara əsasən bildiririk ki, O, əvvəllər də bir-çox şəxslərin etibarından sui istifadə edərək, dələduzluq yolu ilə küllü miqdarda pullarını ələ keçirdiyi üçün barəsindı Bakı Ağır Cinayətlər məhkəməsində də işi olmuşdur.

Əvvəlcədən təşəkkür edirik. Nəticəsi barədə redaksiyamıza məlumat verməyinizi Sizdən xahiş edirik.




Hörmətlə:
Təsisçi,baş direktor Elyaz Gülüyev
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: