Sorğu
Оцените работу движка

14 Avq 16:18Cemiyyet

ELYAZ YAZAN: Kim düzdür? YPX, yoxsa Narkoloji Mərkəz?

Respublikaxəbər.az, vətəndaşın etdiyi şikayətlə bağlı, aidiyyatı qurumlara göndərilən məlumat məktubunun məzmununu olduğu kimi təqdim edir.



Azərbaycan Respublikasının Baş Prokuroru
I dərəcəli Dövlət Ədliyyə Müşaviri
cənab Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər
Naziri general-polkovnik
cənab Vilayət Eyvazova:
Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri
cənab Teymur Musayevə:
Surəti: Abşeron Rayon Prokurorluğuna:
Surəti: Abşeron RPİ-nin rəisinə:
Surəti: Zaqatala rayon, Muxax kənd sakini
İbiyev Abdulla Məmməd oğlu,

MƏLUMAT
Hörmətli baş Prokuror!
Hörmətli cənab Nazir!
Məlumat üçün bildiririk ki, redaksiyamıza müraciət edən Zaqatala rayon, Muxax kəndində qeydiyyatda olmaqla, hazırda Abşeron rayon, Xırdalan şəhəri, “AAF PARK” yaşayış kompleksinə yaxın ərazidə müvəqqəti kirayənişin yaşayan,vətəndaş, İbiyev Abdulla Məmməd oğlu, müraciətində 06.08.2023-cü il tarixdə, təxminən gecə saatlarında 00:30 radələrində hazırda kirayənişin yaşadığı ünvanda etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı, 77 FA 879 DQN nişanlı avtomobili yolun kənarında saxlayıb, avtomobildən enərək qapılarını kilidlədiyi zaman, Abşeron RPİ-nin DYP-nin əməkdaşlarının ona yaxınlaşdığını və ondan sərxoş olub-olmadığını soruşduqlarını və özünün də sərxoş olmadığını bildirdiyini qeyd etmişdir. Buna baxmayaraq, şikayətçinin dediyinə görə, YPX-inspektorları ondan əllərindəki sərxoşluğu yoxlayan cihaza nəfəs verməsini tələb etmişdirlər, o da nəfəs vermiş, nəticədə sərxoş olmadığı müəyyən edilməklə dərəcə 0 faiz göstərilmişdir. Daha sonra təkrar yenə həmin cihaza nəfəs verməsini tələb etmişdirlər, yenə sərxoşluq dərəcəsi 0 faiz göstərmişdir. Üçüncü dəfə onu YPX-avtomobilinin arxa oturacağına əyləşdirmişdirlər, yenə həmin cihaza nəfəs verməsini tələb etmişdirlər, yenə sərxoşluq dərəcəsi 0 faiz göstərmişdir. Bu dəfə onlar öz aralarında sakit səslə və göz-qaş hərəkətləri ilə sözləşərək,cihaza hər hansı bir müdaxilə etmişdirlər, müdaxilədən sonra nəhayət ki, 4-cü dəfə arzularına çatmışdırlar. Bu dəfə isə cihazda sərxoşluq dərəcəsi (3.200) göstərmişdir. Yenə onlar təkrar cihaza müdaxilə edərək təkrar 5-ci dəfə nəfəs verməsini tələb etmişdirlər, cihazda tam fərqli rəqəm (2.00) göstərilmişdir. Əməkdaşlar 6-cı dəfə cihaza cihaza nəfəs verməsini tələb etmişdirlər, yenə sərxoşluq dərəcəsi cihazda fərqli rəqəm (1.73) göstərilmişdir. Bundan sonra vətəndaşı Abşeron RPİ-nin DYP-bölməsinə aparıb, əlindən avtomobili alaraq, onu yola salmışdırlar. Vətəndaşın redaksiyamıza təqdim etdiyi rəydən görülür ki, vətəndaş dərhal AR-Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yaxınlaşmış və analiz vermişdir. Lakin Narkoloji Mərkəzdən verilən rəydə isə sürücünün sərxoşluq dərəcəsi 0 faiz (ayıq) göstərir. Ən sonda qeyd edək ki, Abşeron RPİ-nin DYP-bölməsinin verdiyi protokol ilə AR-Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən verilən rəy üst-üstə düşmür.
Qey edək ki, bu kimi hallar ictimaiyyət arasında böyük ictimai qınağa səbəb olur.
Odur ki, müraciət müəllifinin qeyd etdiyi məsələləri diqqətinizə çatdırdıq, Həmin məsələlərlə bağlı tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırma aparılmaqla, işə hüquqi qiymət verilməsi, həmçinin nəticəsi barədə müraciət müəllifinə və eləcə də redaksiyamıza məlumat verilməsi barədə müvafiq göstəriş verməklə köməklik göstərməyinizi, Sizdən xahiş edirik.
Əvvəlcədən təşəkkür edirik!
Qoşma:
Şikayətçi vətəndaş tərəfindən təqdim edilmiş protokolun və həkim rəyinin surəti

Hörmətlə:
Təsisçi, baş direktor: Elyaz (Yazan) Gülüyev













ELYAZ YAZAN: Kim düzdür? YPX, yoxsa Narkoloji Mərkəz?
ELYAZ YAZAN: Kim düzdür? YPX, yoxsa Narkoloji Mərkəz?
ELYAZ YAZAN: Kim düzdür? YPX, yoxsa Narkoloji Mərkəz?
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: