Sorğu
Оцените работу движка

25 İyn 07:50Cemiyyet

“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı - İLGİNC FAKTLAR

“Azərenerji” ASC-nin şefi Balababa Rzayevin vəzifədən-vəzifəyə yüksəltdiyi korrupsioner kadrı, qurumda İstehsalat üzrə Operator rəisi Üzeyir Yusifovun barəsində apardığımız arşadırmanın davamı olaraq qeyd etmək istərdik ki, geniş yayılmış yazı bəzi saytlardan silinib. Amma buna baxmayaraq Üzeyir Yusifovun işlədiyi kollektivdən onun barəsində daha maraqlı məlumatlar verilir.
Xatırladaq ki, Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə mərhum president Heydər Əliyevin birbaşa göstərişi ilə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 1 milyard 11 milyon manat ( manatın indiki kursuna görə 22 446 manat ) taladığı vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının ( O vaxtlar Ali Məhkəmədə hakimi olmuş Zeyqəm Hüseynovun) köməkliyi sayəsində azadlığa çıxmışdır. Yəni, 2003-cü ildə Ulu öndərin vəfatından süi-istifadə edən işbazların köməkliyi sayəsində. Üzeyir Yusifov azadlığa çıxdıqdan sonra bir müddət işsiz qalmış, sonradan“Azərenerji” şefi Balababa Rzayevin sayəsində işə qəbul edilmişdir. Hazırda sözügedən qurumda korrupsiya əməllərini davam etdirir və elə bu kimi xidmətlərinə görə o, Balababa Rzayevin təqdimatı əsasında 18 oktyabr 2019-cu ildə “ƏMƏK” ordeni də almışdır.

Ötən yazıda Üzeyir Yusifovun 2018-ci ildən sonra sürətlə əsassız varlanmasını təsdiq edən və ümumi dəyəri milyonlarla ölçülən varidatının bizə məlum olan siyahısını təqdim etmişdik. Qeyd etmişdik ki, bütün əmlakları şəxsi sürücüsü Rauf tərəfindən həyat yoldaşı Yusifova Suğra Hüseyn qızının adına sənədləşdirilib. Suğra xanım da bəyan edir ki, kim əmlaklarımızın mənbəyini soruşarsa cavab verəcəyəm ki, rəhmətlik atasından qalıbmış. O zaman təbii sual çıxır ki, ay Suğra xanım sənin hazırda Mingəçevirdə yaşayan qardaşın evini hələ də təmir etdirməyə pul tapmır, bəs atan niyə doğma oğluna kömək etmədi, amma 2022-ci ilin Range Rover avtomobilinə 250 min manat pul saydı və qızına bağışladı? Və digər əmlaklara həmçinin. Axı Surğa xanım nə ali təhsilli mütəxəsis, nə də bizneslə məşğul olan bir iş adamı deyil. Nə də rəsmən bu günə qədər 3 günlük əmək stajı da yoxdur. Eləcə də qızı Aysunun. Cəmi 1 il pedaqoji staj yazdırıb özünə və dəyəri 600 000 manat olan Xətai rayonun 55 saylı orta məktəbin qarşısında özünə gözəllik salonu alıb.İş yoldaşlarının verdiyi məlumata görə Üzeyir Yusifov hətta kürəkəni Elnura da 110 000 dollara MERCEDES Maybək markalı yeni bahalı avtomobil alıb hədiyyə etməyi yaddan çıxarmayıb. Maraqlıdır, “Azərenerji” ASC-də adi bir idarə rəisi olan Üzeyir Yusifovda yaxınlarına yuxarıda sadaladığımız bahalı hədiyyələri almağa pullar hardandı? Bu hələ harasıdır.


“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı - İLGİNC FAKTLAR
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: