Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Okt 03:11Cemiyyet
Ağsaqqallar Şurasının sədr müavini ağsaqqallıq edə bilmədi: Bayram Yusifovun qanunsuz əməlləri məhkəmədə mübahisələndirilib
Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal gündəmə gəlib.
Respublikaxəbər.az-a (Aztimes.az-a istinadən) məlumat verən mənbə bildirir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə edib və etməyə də davam edir. Belə ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlunun öz şəxsi adına “rəsmiləşdirilmiş”, lakin heç bir hüquqi qüvvəsi olmayan və səlahiyyətsiz şəxs tərəfindən imzalanmış bu müqavilələrdə 25 ədəd mənzil maya dəyərindən xeyli ucuz – 1 kv.m-i 400 manata dəyərləndirilib. Halbuki həmin vaxt o ərazidə mənzilin 1 kv.m-i 700 manat olub.Bir gündə 10-15 mənzilin qeyri-qanuni yolla sənədləşməsini aparıblar” – deyən mənbənin sözlərinə görə, Bayram Yusifov N.Hacıyevi aldadaraq və ona təzyiqlər edərək, binadakı qeyri-yaşayış sahəsinin də real dəyərindən uyğun sənədləşdirilməsinə nail olub – bir kvadratmetri 1500 manat olduğu halda, 800 manata: “Eyni zamanda, Bayram Yusifov Heydər Əliyev prospektində yerləşən binadan da saxta sənədlərlə mənzil və qeyri-yaşayış sahəsi əldə edib. Belə ki, həmin ərazidə 32 ədəd mənzili maya dəyərindən ucuz – kvadratmetrini 400 manata sənədləşdiriblər. Halbuki həmin vaxt orada mənzilin kvadratmetri 700 manatdan aşağı olmayıb. Həmçinin kvadratmetri 1500 manatdan aşağı olmayan 300 kv.m qeyri-yaşayış sahəsini 800 manata sənədləşdiriblər. Bayram Yusifov Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən 5 bloklu binadan 10 mənzil, H.Əliyev prospektində yerləşən binadan isə 20 mənzil olmaqla 30 mənzil satıb. B.Yusifov mənzilləri vətəndaşlara satan zaman qanunsuz olaraq öz adına olan sənədləri ləğv etdirməyib və vətəndaşları aldadıb. Bunu etməklə o, gələcəkdə həmin mənzillərə iddia qaldırmaq imkanını özündə saxlayıb. Halbuki mənzil alan insanların o zaman bundan xəbəri olmayıb. Artıq onlar bu haqda məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər”.
B.Yusifovun N.Hacıyevi aldatması və təzyiqləri nəticəsində 57 mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi qeyri-qanuni yolla sənədləşdirilərək vətəndaşlara “satılıb”. Bu isə ümumilikdə mənzillər üzrə 3 999 000 manat, qeyri-yaşayış sahəsi üzrə isə 1 500 000 manat ziyan deməkdir: “Nəticədə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Çinar AN” MTK-ya məxsus 105 mənzilli yaşayış binasında işlərin tamamlanması yarımçıq qalıb. Belə ki, kommunikasiya işlərinin heç birisi tamamlanmamış qalıb. Hesablamalara görə ümumilikdə təxminən 500-600 min manat vəsait lazımdır. Həmin binada 800.000 manat vergi borcu yaranıb.
Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus 10 girişli binanın vergiyə olan borcu 2 milyon 200 min manat, Əmək Müfəttişliyinə olan borcu 120 min manatdır. Dövlət büdcəsinə bu borcların yaranmasının və tikintinin başa çatdırılmamasının əsl səbəbkarları Bayram Yusifovdur. Bütün bunlara görə də vətəndaşların haqlı narazılığı yaranıb və onlar hüquq-mühafizə orqanlarına, ölkə başçısına müraciət etməyə hazırlaşırlar”.
Qeyd edək ki, Hacıyevlə Yusifov əvvəllər yaxın münasibətdə olub. Daha sonra aralarında yaranmış borc mübahisəsi zamanı Hacıyev borcu qaytara bilməyib və Yusifovun təzyiqləri ilə üzləşib. Sonda isə Hacıyev canını qurtarmaq üçün “Çinar AN” MTK-ya məxsus olan binadan yuxarıda qeyd olunan mənzilləri və qeyri-yaşayış sahələrini qeyri-qanuni yolla Bayram Yusifovun adına sənədləşdirməyə məcbur olub.
Mənbəmiz məsələ ilə bağlı daha detallı məlumatlar verib. Aydın olur ki, bütün bu proseslərin arxasında iri məmurlardan biri dayanır. Elə həmin əlaqələrindən istifadə edərək, Bayram Yusifov Abşeron rayon Məhkəməsinin köməkliyi ilə öz qanunsuz əməllərinə qanuni don geyindirməyə, dəyəri 10.000.000 (on milyon) manata yaxın olan 25 ədəd mənzil və 1000 kv. metr qeyri-yaşayış sahəsini sahiblənməyə çalışır və hələ ki, bu qismən də olsa nail olur.Növbəti yazılarımızda bu haqda da müfəssəl yazacağıq.
Bu yazıda qeyd edilənlərlə bağlı B.Yusifovla əlaqə saxlayıb mövqeyini almaq istəsək də, zəngimizə cavab vermədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi