Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 16:52news
109 milyon borcu olan sabiq sədrin əmlakları müsadirə edildi - SİYAHI
2004-2016-cı illərdə “Zaminbank”ın sədri olmuş və külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilmiş Nadir İsmayılovun əmlakları müsadirə edilib.
Respublikaxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq bankir ümumilikdə 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu epizodlar üzrə yaranmış 31 milyon manat faiz borcunu ödəməyib. 5 milyon manat isə dələduzluq yolu ilə ələ keçirib.
Araşdırmaya təqdim edilmiş sənədlər üzrə hazırda onun 78 milyon manat əsas borcu, 31 milyon manat faiz və cərimə borcları qalıb.
Cinayət işinin materiallarından aydın olub ki, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır.
N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrinə əsasən, 14 il müddətə azadlıqdan məhrum edilməklə yanaşı aşağıdakı əmlakları da müsadirə edilib:
- Bakı şəhəri, Nəsimi rayonunda yerləşən iki mənzil;
- Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Xətai rayonunda yerləşən 0,3809 kv.m və 0,0804 hektar torpaq sahəsi;
- Bakı şəhəri, Xətai rayonunda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;
- Ailə üzvlərinə məxsus mənzil;
- Ailə üzvlərinə məxsus fərdi yaşayış evi;
- Ailə üzvlərinə məxsus 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
- “Jeep Wrangler”, “Mersedes-Benz S500”, “Bentley Continental” və “Mersedes-Benz G63 AMG” markalı avtomobillər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər