Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 May 09:41Cemiyyet
RESPUBLİKAXƏBƏR.AZ XƏBƏR VERİR Kİ, ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Respublikamızın ümumtəhsil məktəblərində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə 2023-cü il mayın 8-də Şəki Dövlət Yol Polisi Şəki şəhəri 14 nömrəli tam orta məktəbin şagirdləri ilə maarifləndirici tədbir keçirib. Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyev, ictimai fəal polis veteranları şurasının sədri ehtiyyatda olan polis mayoru, Vaqif Əhmədov, məktəbin direktoru İradə Abdullayeva, müəllimlər və şagirdlər iştirak edib.
Məktəbin direktoru, İradə Abdullayeva çıxış edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevi tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il Şəki şəhəri 14 nömrəl tam orta məktəbdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, şagirdlər yol hərəkəti qaydalarını mükəmməl bilirlər. İradə Abdullayeva onuda qeyd edib ki, məktəb kollektivləri ilə qərara gəliblər ki, tədbirin formatını bir qədər dəyişdirsinlər. Dövlət Yol Polisi qarşısında hesabat verərək, polis baş leytenantı Tural Niftalıyevin qarşısında imtahan verib göstərsinlər ki, onun öyrətdiyi yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini şagirdlər necə mənimsəyib.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar səsləndirib, səhnəciklər və videoçarxlar nümayiş etdiriblər.
İctimai fəal, polis veteranları şurasının sədri ehtiyyatda olan polis mayoru, Vaqif Əhmədov çıxış edərək, polis baş leytenantı Tural Niftalıyev tərəfindən təhsil müəssisələrində aparılan təbliğat və maarifləndirmə işlərini yüksək qiymətləndirdiyini bildirib.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək, yüksək səviyyədə tədbir təşkil etdikləri üçün məktəb kollektivinə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, o cümlədən idarənin Şəki sektorunun direktoru Zamik Cəbiyevə minnətdarlığını bildirib.
Tədbirin yekununda, Şəki şəhəri 14 nömrəl tam orta məktəbin direktoru İradə Abdullayeva çıxış edərək piyadaların, məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin diqqət mərkəzində saxlanılmasına, mütəmadi olaraq məktəbdə maarifləndirici tədbirlərin keçirilməsinə, təxminən 2 ay öncə məktəbin yaxınlığında piyadaların yolu təhlükəsiz keçməsi üçün piyada svetoforunun quraşdırılmasına görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin və “Siqnal” İlİİ-nin 4 saylı Şəki Regional İstismar Sahəsinin rəhbərliyinə məktəb kollektivi adından minnətdarlığını bildirib.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi