Sorğu
Оцените работу движка

15 Mar 18:17Cemiyyet

ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

RESPUBLİKAXƏBƏR.AZ XƏBƏR VERİR Kİ, ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Respublikamızın ümumtəhsil məktəblərində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə 2023-cü il martın 15-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri, 21 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Məktəbin təşkilatçısı Röyanə İsmayılova çıxış edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevi tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il Şəki şəhəri, 21 nömrəli tam orta məktəbdə piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə, Dövlət Yol Polisinin köməyinin artırılması məqsədilə maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, şagirdlər yol hərəkəti qaydalarını mükəmməl bilirlər. Röyanə İsmayılova onuda qeyd edib ki, məktəb kollektivləri ilə qərara gəliblər ki, tədbirin formatını bir qədər dəyişdirsinlər. Dövlət Yol Polisi qarşısında hesabat verərək, polis baş leytenantı Tural Niftalıyevin qarşısında imtahan verib göstərsinlər ki, onun öyrətdiyi yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini şagirdlər necə mənimsəyib.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər və mahnılar səsləndirib, əl işlərini nümayiş etdiriblər.
Tədbirin yekununda, polis baş leytenantı Tural Niftalıyev, Şəki şəhəri, 21 nömrəli tam orta məktəbin uşaq birliyinin rəhbəri Şahnaz Kərimovaya, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai sinif şagirdləri üçün dərs vəsaiti olan “YOL HƏRƏKƏTİ ƏLİFBASI” kitabını hədiyyə edib. Polis baş leytenantı Tural Niftalıyev çıxış edərək, yüksək səviyyədə tədbir təşkil etdikləri üçün məktəb kollektivinə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, o cümlədən idarənin Şəki sektorunun direktoru, Zamik Cəbiyevə minnətdarlığını bildirib.


ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR



RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: