Sorğu
Оцените работу движка

12 Okt 09:30Cemiyyet

ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Respublikaxəbər.az xəbər verir ki, ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR.

Respublikaxəbər.az-ın məlumatına görə 2022-ci il oktyabrın 11-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 12 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Məktəbin direktoru, Nəzakət Qəhrəmanzadə çıxış edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevi tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il 12 nömrəli tam orta məktəbdə piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə, Dövlət Yol Polisinin köməyinin artırılması məqsədilə il ərzində 2 dəfə olmaqla, 1 dəfə ibtidai sinif şagirdləri ilə, 1 dəfə isə yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, şagirdlər yol hərəkəti qaydalarını mükəmməl bilirlər. Nəzakət Qəhrəmanzadə onuda qeyd edib ki, məktəb kollektivləri ilə qərara gəliblər ki, tədbirin formatını bir qədər dəyişdirsinlər. Dövlət Yol Polisi qarşısında hesabat verərək, polis baş leytenantı Tural Niftalıyevin qarşısında imtahan verib göstərsinlər ki, onun öyrətdiyi yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini şagirdlər necə mənimsəyib.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər.
Tədbirin yekununda, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək, yüksək səviyyədə tədbir təşkil etdikləri üçün məktəb kollektivinə minnətdarlığını bildirib.
Biz də redaksiya heyyətimiz adından, həm məktəb kollektivinə, həm də davamlı şəkildə maarifləndirmə tədbirlərini həyata keçirən cənab Tural Niftalıyevə təşəkkürümüzü bildiririk.
Respublikaxəbər.az





ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
ŞƏKİ DYP “DİQQƏT, UŞAQLAR!” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: