Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Mar 13:10Cemiyyet
ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
RESPUBLİKAXƏBƏR.AZ XƏBƏR VERİR Kİ, ŞƏKİ DYP UŞAQ TRAVMATİZMİNİN QARŞISININ ALINMASI MƏQSƏDİLƏ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Respublikamızın ümumtəhsil məktəblərində küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə RESPUBLİKAXƏBƏR.AZ-ın məlumatına görə, 2023-cü il martın 9-da Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki rayonu Çeşməli kənd tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Tədbir zamanı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Məktəbin direktoru, Aqil Əhmədov çıxış edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevi tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il Çeşməli kənd tam orta məktəbində piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə, Dövlət Yol Polisinin köməyinin artırılması məqsədilə maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, şagirdlər yol hərəkəti qaydalarını mükəmməl bilirlər. Aqil Əhmədov onuda qeyd edib ki, məktəb kollektivləri ilə qərara gəliblər ki, tədbirin formatını bir qədər dəyişdirsinlər. Dövlət Yol Polisi qarşısında hesabat verərək, polis baş leytenantı Tural Niftalıyevin qarşısında imtahan verib göstərsinlər ki, onun öyrətdiyi yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini şagirdlər necə mənimsəyib.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər və mahnılar səsləndiriblər.
Tədbirin yekununda, polis baş leytenantı Tural Niftalıyev, Çeşməli kənd tam orta məktəbin direktoru Aqil Əhmədova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai sinif şagirdləri üçün dərs vəsaiti olan “YOL HƏRƏKƏTİ ƏLİFBASI” kitabını hədiyyə edib. Polis baş leytenantı Tural Niftalıyev çıxış edərək, yüksək səviyyədə tədbir təşkil etdikləri üçün məktəb kollektivinə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, o cümlədən idarənin Şəki sektorunun direktoru Zamik Cəbiyevə minnətdarlığını bildirib.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi