Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Apr 07:17Cemiyyet
ELYAZ YAZANA QARŞI SOYĞUNÇULUQ HƏRƏKƏTLƏRİ EDƏN YPX ƏMƏKDAŞI BARƏSİNDƏ BAŞ PROKURORA MÜRACİƏT EDİLDİ
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Elyaz Yazan, ona qarşı soyğunçuluq hərəkətləri edən Baş Dövlət Yol Polis İdarəsinin "Ekoloji Nəzarət YPX B"-nin əməkdaşı barəsində Baş Prokurora müraciət etdi.
Müraciət məktubunu olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər
Naziri General-Polkovnik
cənab Vilayət Eyvazova:
Surəti: Azərbaycan Respublikasın Baş Prokuroru
Yanında Korrupsiya və Rüçətxorluqla
Mübarizə Baş İdarəsinin Rəisinə:
Surəti: Azərbaycan Respublikasının DİN-i Baş
Dövlət Yoi Polisi İdarəsinin rəisi
cənab Ramiz Zeynalova:
Şəki Rayon, Baş Şabalıd kəndində yaşayan Gülüyev Elyaz Ağasəf oğlu tərəfindən:
Əlaqə nömrəm: (051) 831 01 01
Ə R İ Z Ə
(Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji Nəzarət YPX B-nin Fəxri adlı YPX İnspektorunun qanunsuz hərəkətləri barədə)
Hörmətli cənab Baş Prokuror!
Hörmətli cənab Nazir!
Hörmətli Rəhbərlər!
İlk öncə Sizi və yaxınlarınızı fürsətdən istifadə edərək, əvvəlcə özümün və sonra da ailəmin adından salamlayıram. Salamımdan sonra yenə də fürsətdən istifadə edib, hazırda oruc tutaraq qeyd etdiyimiz müqəddəs “Ramazan ayı” münasibəti ilə Sizlərin hər birinizi təbrik edir, bütün dualarınızın, (haqqınızda xeyirli olan arzu və istəklərinizin) qəbul olunmasını Uca Allahdan niyaz edirəm. Bildiyiniz kimi mən, hər zaman Dövlətimizi və Dövlətçiliyimizi dəstəkləyən, həmçinin gecə-gündüz xidmət etməklə, hər an xalqın yanında olan Sizin kimi rəhbərləri dəstəkləyən, Sizin xidmətlərinizi öyünərək ictimaiyyətə təbliğ edən həm bir vətəndaş,həm də bir Media işçisiyəm. Azərbaycan Polisi haqqında da iki jurnalın müəllifiyəm. 2020-ci il Pandemiya dövründə “ POLİS QÜRURUMUZ VƏ GÜVƏN YERİMİZDİR” “ 2022-ci il “İLK ÜMİD QAPIMIZ” adlı jurnalların müəllifiyəm. Bütün bunlara baxmayaraq, hər hansı bir hüquq-mühafizə orqanlarının əməkdaşlarının müsbət hallarını görərkən onu ictimailəşdirirəm, neqativ hallarını gördükdə isə ilk öncə rəhbərliyinə məlumat verib, həmin əməkdaşın barəsində müvafiq tədbir görülməsini xahiş edirəm. İndi isə adını əvvəl bilmədiyim, əvvəllər tanımadığım və sonradan adı mənə məlum olan Baş Dövlət Yol Polisi İdarəsinin “Ekolji Nəzarət YPXB-nin Fəxri adlı bir nəfər əməkdaşının mənə
qarşı soyğunçuluq edərək 111 (yüz on bir) manat məbləğində pulumu ələ keçirtməsi barədə Sizə məlumat verməyi özümə borc bildim. Narahatçılıq verdiyim üçün öncədən üzr istəyirəm.
Hörmətli cənab Baş Prokuror!
Hörmətli cənab Nazir!
Hörmətli Rəhbərlər!
Mahiyyəti üzrə bildirmək istəyirəm ki, 21 fevral 2023-cü il tarixdə, təxminən saat 22-23 radələrində, kredit şərtləri ilə yeni aldığım, lakin etibarnaməm (idarə etmək hüququmun olmadığı) “TOYOTA GAMRY” markalı, 99 BE 103 DQN nişanlı avtomobili idarə etdiyim zaman, “Ekoloji Nəzarət YPX B-nin önündən 20 yanvar metrostansiyası istiqamətində hərəkətdə olarkən, Baş Dövlət Yol Polisi İdarəsinin 99 YP 681 DQN nişanlı xidməti avtomobili ilə xidmətdə olan polis əməkdaşı mənə dayanma əmrini verdi. Mən də Xocəsən dairəsinin tam önündə dayandım. Avtomobilimdən aşağı endim, polis əməkdaşı xidməti avtomobildən enməyərək, əli ilə mənə işarə edib, xidməti avtomobilə əyləşməyimi istədi. Mən də həmin avtomobilə əyləşdim. Polis əməkdaşına bildirmək istədim ki, mənim etibarnaməm yoxdur, sadəcə həmin avtomobili yeni almışam, evimə aparıram.O mənə danışmağa imkan verməyərək, baş barmağını şəhadət barmağına sürtərək məndən pul tələb etdi. Mən də cibimdəki 1 (bir) ədəd 100 (yüz) manatlıq, 1 (bir) ədəd 5 (beş) manatlıq, 13 (on üç) ədəd də 1 (bir) manatlıq əskinazdan ibarət olan 118 (yüz on səkkiz) manat pulumu sağ əlimlə çıxararaq içindən 5 manatlıq əskinazdan olan pulu ona vermək istədim. Həmin vaxt mənə adı sonradan məlum olan Fəxri adlı əməkdaş, əlimdən ümumi pulları çırparaq aldı və öz pulu kimi saydı bir qədərini götürdü və qalanını geri qaytardı. Mən də elə hesab etdim ki, 10 manatımı sayıb aldı. Sonra mən xidməti avtomobildən düşərək etibarnaməm olmayan avtomobili idarə edərək getdim. Təxminən 500 metr aralandım, cibimdən pulu çıxararaq yanacaq doldurmaq istəyəndə cibimdəki puldan həmin əməkdaşın 111 manat götürməsi mənə məlum oldu. Sonra bu kimi qanunsuz halı sosial şəbəkədə paylaşdım, bir gün sonra Baş Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Rövşən müəllim məni dəvət etdi, mənimlə profilaktik söhbətlər apardı, Fəxri adlı şəxsin səhv etdiyini izah etdi, onu bağışlamağımı xahiş etdi, və bildirdi ki, indi onu çağıraram, sənin də pulunu qaytarar. Bir gün sonra da mənim pulumu 111 manatımı mənə kart vasitəsi ilə geri ödədi. Sonra mən DİN-nə elektron müraciət etdim, məni təkrar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı dəvət etdi, “Ekoloji Nəzarət YPX-bölməsində mənim izahatımı aldı, həmin vaxt məni “Ekoloji Nəzarət YPX-nin rəisi Rəşad müəllim adlı şəxs də məni otağına çağıraraq təzyiq göstərdi, mülkü formada, xidməti vaxtı xidməti geyimdə olmayan Rəşad bəy, həm suçlu, həm güclü oldu. Məni şantaj etmək istədi. Lakin, bu kimi planları heç də uğurlu olmadı. Nəticədə məni nə üçün saxlamışdı? nə üçün idarə etmək hüququmun olmadığı avtomobili cərimə meydançasına aparmadı? suallarıma isə cavab tapa bilmədilər. Son çarələri o oldu ki, mənə dedi ki, sən xahiş etmisən. Mən də bildirdim ki, gəlin, mənə digər bir etibarnamə olmadan avtomobil verin, digər bir əməkdaş saxlasın, ondan da xahiş edəcəyəm. Əyər o da keçsə, həə! Siz deyəndi.
Onu da qeyd edim ki, hazırda bildiyimə görə yenə də araşdırma davam edir. Ancaq araşdırmanın bu qədər müddətdə uzanması məni narahat edir. Çünki, mənim “Ekolji Nəzarət YPX-bölməsində izahatım alındığı zaman hər şey mənə məlum oldu, tərəfkeşlik, qərəzlilik və.s
Odur ki, həmin məsələ ilə bağlı araşdırmanın yuxarı səviyyədə aparılmasını xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə: İmza: Gülüyev E.A. 03 aprel 2023
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi