Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Okt 14:52Cemiyyet
Baş Göynük kənd sakini Fərqanə Qaffarova cinayət məsuliyyətinə cəlb ediləcəkmi?
Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki, 22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb,Respublikaxəbər.az xəbər verir ki, bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur
"Facebook"da Lamiyə Qafarova, "İnstaqram" və "Tik-Tok" sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər...
Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc qız isə baş verənlərdən tam xəbərsiz olub.
44 günlük müharibə dönəmində xəstəxanalarda könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara tibb bacısı kimi tanıdıb və qazilər ilə olan şəkillərdən daha çox istifadə edib.
Respublikaxəbər.az-ın məlumatına görə Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır.
Respublikaxəbər.az bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar isə araşdırmadan sonra məlum olacaq.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi