Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Okt 13:47Cemiyyet
Bakıda kişi qadın iş yoldaşının adına saxta profillər açdı – SAXLANILDI
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Bakıda iş yoldaşı olan xanımın adına çoxsaylı saxta profillər açan 35 yaşlı şəxs həbs edilib.
Respublikaxəbər.az-ın məlumatına görə Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən özəl şirkətdə çalışan Rauf Səmədli (hər iki ad və soyad şərtidir) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol açılıb. Belə ki, R.Səmədlinin iş yoldaşı Fərizə Qəribova polisə şikayət edərək bildirib ki, Rauf feysbukda onun adına bir neçə səhifə açıb, mobil nömrəsini və fotolarını paylaşaraq əxlaqsız qadın kimi təqdim edib. Bundan sonra polis əməkdaşları R.Səmədlini saxlayaraq barəsində protokol tərtib ediblər. Daha sonra o, protokolla birgə Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda F.Qəribova Raufun onu bezdirdiyini bildirib: “Əvvəllər tanıdığım və birlikdə işlədiyim şəxs mənim şəkillərimi və mobil nömrəmi sosial şəbəkələrdə müxtəlif saxta profillər açaraq istifadə edib, nalayiq ifadələrlə məni və ailəmi təhqir edib. Buna dair dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, icazəm olmadan şəkillərimi paylaşaraq əxlaqsız kimi təqdim edib. Hətta məni bir neçə dəfə vurub. Hazırda şikayətçiyəm”.
Rauf Səmədli isə Fərizəni sevdiyi üçün belə bir addım atdığını deyib: “Onu sevdiyim üçün qısqanırdım. Aramızdakı anlaşılmazlıq da bu səbəbdən olub. Etdiyim əməldən peşmanam”.
Məhkəmənin qərarı ilə R.Səmədliyə 10 sutka inzibati həbs cəzası verilib və o, müvəqqəti saxlanma məntəqəsinə göndərilib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi