Sorğu
Оцените работу движка

08 İyl 03:24Hadise

6 ay əvvəl ana olan, Şəkinin Baş Göynük kənd sakini Aygül Əhmədova özünü niyə öldürüb? - Yeni detallar

6 ay əvvəl ana olan, Şəkinin Baş Göynük kənd sakini  Aygül  Əhmədova  özünü niyə öldürüb? - Yeni detallar

Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata istinadən, Respublikaxəbər.az xəbər verir ki, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.

Məlum olub ki, qadın 6 ay əvvəl ana olub. Lakin doğuşdan sonra gənc ananın mənəvi problemləri yaranıb, onda ruhi-psixoloji pozuntular müşahidə edilib. O, müalicə məqsədilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində isə Aygül dəfələrlə intihara cəhd edib, lakin hər dəfə yaxınları onun cəhdlərinin qarşısını alıblar.

Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi