Sorğu
Оцените работу движка

06 Apr 17:00Kriminal

SON DƏQİQƏ! Bakıda kişi küçənin ortasında əvvəlcə arvadını, sonra özünü öldürdü — DƏHŞƏT

SON DƏQİQƏ! Bakıda kişi küçənin ortasında əvvəlcə arvadını, sonra özünü öldürdü — DƏHŞƏT

Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində ölümlə nəticələnən hadisə baş verib.


Respublikaxeber.az xəbər verir ki, Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, kişi yaşadığı ərazidə əvvəlcə arvadını odlu silahdan atəş açaraq qətlə yetirib. Daha sonra həmin silahla özünü öldürüb.

Qonşular bildirir ki, gənc ailənin azyaşlı tək övladları olub, o, hazırda məktəblidir.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub.


Respublikaxeber.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.

Bildirilib ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.

Bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib.

Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi