Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Okt 19:48Cemiyyet
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Respublikaxəbər.az xəbər verir ki, Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Respublikaxəbər.az-ın məlumatına görə növbəti tədbir, 2022-ci il oktyabrın 19-da Şəki şəhəri 28 saylı uşaq bağçasında keçirilib.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Zeynalova İnci Ruslan qızına Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 28 saylı uşaq bağçasının müdiri, Mətanət Süleymanova çıxış edərək bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il bağçaya gələrək şagirdləri maarifləndirir və onu uşaq bağçasının dostu hesab edirlər. Yol Polisi əməkdaşlarının uşaqlarla belə dostluq etməyi, onları maarifləndirməyi çox alqışa layiq bir tədbirdir, çox gözəl bir missiyadır. Mətanət Süleymanova onu da xüsusi vurğulayıb ki, Dövlət Yol Polisi tərəfindən uşaq bağçalarında keçirilən maarifləndirici tədbirlər həm də polis-cəmiyyət, cəmiyyət-polis münasibətlərinin yüksəldilməsinə xidmət edir. Bağçada təhsil alan şagirdlərin çoxu gələcəkdə polis olacaqlarını bildirirlər. 28 saylı uşaq bağçasının müdiri, Mətanət Süleymanova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə bağçanın kollektivi adından bir daha minnətdarlığını bildirib.
Respublikaxəbər.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi