Sorğu
Оцените работу движка

04 Avq 15:17Olke

Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir

Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir, 2022-ci il avqustun 4-də Şəki şəhəri 6 saylı uşaq bağçasında keçirilib.

Respublikaxəbər.az məlumat verir ki, tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.

Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir


Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Kənd yerlərində ev heyvanlarının ötürülməsini uşaqlara həvalə etməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Əhmədova Zeynəb Pərviz qızına Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 6 saylı uşaq bağçasının müdiri, Mətanət Rəhimova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.



Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi