Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
02 Avq 12:02Cemiyyet
Şəkidə Dövlət Yol Polisi uşaq bağçalarında maarifləndirmə tədbirlərini davam etdirir
Respublikaxəbər.az, xəbər verir ki, Şəkidə Dövlət Yol Polisi uşaq bağçalarında maarifləndirmə tədbirlərini davam etdirir
Respublikaxəbər.az-ın məlumatına görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir, 2022-ci il avqustun 2-də Şəki şəhəri 5 saylı uşaq bağçasında keçirilib.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır.
Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Kənd yerlərində ev heyvanlarının ötürülməsini uşaqlara həvalə etməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Məmmədova Fəridə Dərya qızına Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 5 saylı uşaq bağçasının müdiri, Aygün Mahmudova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi