Sorğu
Оцените работу движка

30 İyl 10:59Olke

ŞƏKİ DYP TƏRƏFİNDƏN HÜQUQİ ŞƏXSLƏR MƏLUMATLANDIRILIR

ŞƏKİ DYP TƏRƏFİNDƏN HÜQUQİ ŞƏXSLƏR MƏLUMATLANDIRILIR

Şəki Dövlət Yol Polisi tərəfindən "Təmiz Hava" aylığının keçirilməsi barədə xəbərdarlıq xarakterli tədbirlər davam etdirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 29-da "Azəripək" MMC-nin avtonəqliyyat şöbəsinin müdiri Çingiz Abdullayevlə görüş keçirib. Görüş zamanı, 2022-ci ilin avqust ayının 1-dən sentyabr ayının 1-nə dək respublikada " Təmiz hava " aylığının keçirilməsi barədə məlumat verilib. Aylıq ərəfəsində idarəyə məxsus avtomobillərin texniki sazlığına xüsusi diqqət yetirilməsinin zəruriliyi bildirilib. Polis baş leytenantı Tural Niftalıyev, avtomobillərin mühərriklərindən çixan işlənmiş qazların tərkibindəki zərərli maddələrin miqdarına nəzarətin aparılmasının ekoloji duruma müsbət təsirini, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsini xüsusi vurğulayıb.
"Azəripək" MMC-nin avtonəqliyyat şöbəsinin müdiri Çingiz Abdullayev, aylığın keçirilməsi barədə Dövlət Yol Polisi tərəfindən öncədən xəbərdarlıq məqsədi ilə maarifləndirmə tədbirlərinin aparılmasını yüksək qiymətləndirdiyini qeyd edərək polis baş leytenantı Tural Niftalıyevə MMC-nin rəhbərliyi adından minnətdarlığını bildirib

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi