Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 İyl 11:02Cemiyyet
Niyazi Bayramov Gəncə sakinlərinin müraciətlərini dinləyib - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.
İH-dən Respublikaxəbər.az-a verilən məlumata görə, bu dəfəki səyyar görüş İnteqrasiya Tipli Futbol Təmayüllü Gimnaziyada baş tutub. Görüşdə Kəpəz və Nizami İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə müəsissə və təşkilat rəhbərləri iştirak ediblər.
Ətraflı
Əvvəlcə şəhər rəhbərliyi Gəncənin Vətən müharibəsi şəhidlərinin xatirəsinə quraşdırılan lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.
“Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri və sair məsələlər diqqət çəkib.
Sakinlərin müraciətləri tək-tək dinlənilib. Bir çox məsələ yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün tapşırıqlar verilib.
Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Babək Namazovun anası ilə fərdi qaydada görüşüb.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, həmçinin şəhid Hacı Rauf Əsgərovun anası Briliant Əsgərova iştirak ediblər.
Niyazi Bayramov söhbət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərk, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib.
Görüş zamanı şəhid anası Mehriban Namazova ailəni naharat edən bir sıra məsələləri dilə gətirib. Qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qanunvericiliyin tələblərinə uyğun izahat verilib.
Şəhid ailəsi onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından təşəkkürünü bildirib.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi