Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 İyn 17:46Olke
Əli Əsədov nazirləri və icra başçılarını topladı, tapşırıqlar verdi
Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Bununla bağlı Nazirlər Kabinetinə istinadən Respublikaxəbər.az məlumat yayıb.
Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuş dörd böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu, hökuməti ciddi narahat edir.
Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.
Baş Nazir bildirib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.
Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi