Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Okt 13:29Olke
Türkiyənin Baş konsulu Gəncədə erməni terrorundan zərər çəkənlərlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində xəsarət alanlara baş çəkiblər.
Gəncə şəhər İcra Hakimiyyətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, yaralılarla müalicə aldıqları xəstəxanalarda görüşən şəhər rəhbəri və Baş konsul, onların səhhəti ilə maraqlanıblar. Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə işğal alıtında olan torpaqlarımızın tezliklə tamamilə azad olunacağına əminlik ifadə edilib. Yaralılara şəfa, həlak olanlara isə Allahdan rəhmət dilənib.
Niyazi Bayramov raket zərbəsi nəticəsində dağılan ərazidə də olub, burada erməni terrorundan zərər görən sakinlərlə görüşüb. Şəhər rəhbəri bildirib ki, evləri tamamilə dağıdılmış ailələr müvəqqəti yaşayış sahəsi ilə təmin ediliblər. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.
Daha sonra Niyazi Bayramov və Zeki Öztürk zərərçəkənlərin müvəqqəti məskunlaşdıqları yataqxanaya gəlib, buradakı şəraitlə tanış olublar.
Şəhər rəhbəri bildirib ki, Erməni terroru nəticəsində zərər çəkənlərə dövlətimiz tərəfindən bütün lazımi köməkliklər göstərilir, onların qayğı və problemləri ilə maraqlanılır. O qeyd edib ki, bu məsələ ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Ermənistanın mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrini qınadığını deyən Zəki Öztürk bildirib ki, Türkiyə haqlı davasında daim Azərbaycanın yanındadır.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk sakinlərlə birlikdə şam yeməyi yeyiblər, uşaqlara hədiyyələr verilib.
Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində saat 01:00 radələrində Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə 5-i uşaq, 5-i qadın olmaqla, 14 nəfər həlak olub, 55 nəfər yaralanıb. 20 ev tamamilə dağılılıb, 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 poliklinikaya ziyan dəyib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi