Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 İyn 14:27Cemiyyet
Vaqif Əsədov: Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi xahiş edirik
Respublikaxəbər.az, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun xalqa müraciətini diqqətinizə çatdırır. Vaqif Əsədov: Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi xahiş edirik
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar vətəndaşlara növbəti dəfə çağırış edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov RESPUBLİKAXƏBƏR.AZ-a açıqlamasında deyib ki, iyunun 6-dan iyunun 13-dək keçiriləcək bu mötəbər yarışla əlaqədar paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin bir sıra küçə və prospektləri hərəkətə bağlanmış və istiqamətlər dəyişdirilib. Yarışla əlaqədar avtomobil sahiblərindən iyunun 13-dək mərkəz istiqamətlərində hərəkətlərini məhdudlaşdıraraq əsasən ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik.
Vaqif Əsədov yollarda müşahidə olunan son vəziyyətlə bağlı sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edib.
“Paytaxt ərazisində Dövlət Yol Polisi və aidiyyəti üzrə daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş qaydada xidmətlərini davam etdirir. Nizamlayıcı qismində əməkdaşlarımızın verdiyi bütün göstərişlərə sürücülərimiz diqqətlə əməl etməlidirlər. Gündəlik hərəkətin fasiləsizliyini, süni sıxlıqların yaranmaması üçün isə mərkəzə doğru səfərləri azaltmalı, vətəndaşlarımızdan daha çox ictimai nəqliyyata üstünlük verməyi də xahiş edirik”, - deyə İdarənin bölmə rəisi vurğulayıb.
RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi