Sorğu
Оцените работу движка

21 İyn 09:56Olke

Yol polisindən sərt karantin dövründə sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən sərt karantin dövründə sürücülərə XƏBƏRDARLIQ

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri karantin rejiminin tələblərini düzgün yerinə yetirsinlər, özlərini qorusunlar, başqalarının təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətlərini dərk etsinlər.

“Bir daha karantin rejimi tələblərinin yerinə yetirilməsinin vacib olmasını xatırladaraq sürücülərə və avtomobil sahiblərinə məlum sərt karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün tövsiyə edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları düzgün yerinə yetirilsin. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik təmin edilir. Yoluxma hallarının qarşının alınması üçün sürücülər və sərnişinlər qoruyucu vasitələrdən istifadə etsinlər.

Hər bir sürücü məsuliyyətli olmalı, qaydalara uyğun hərəkət etməli, avtomobildə aparılan sərnişinlərin isə sənədləri düzgün olmalıdır”.

“Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla, hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın.

Sürücülərdən bir daha xahiş edirik ki, tələblərə uyğun hərəkət etsinlər”, - deyə V.Əsədov qeyd edib.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi