Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Noy 13:51Olke
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər” 11/10/2020
Gecə saatlarından indiyə qədər əhali qələbə sevinci ilə küçələrə axışıb. Bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri başa düşürük, lakin ehtiyatlı olmaqda fayda var.
Bu sözləri Respublikaxəbər.Az-a açıqlmasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, bu tarixi günü layiqincə qeyd etmək lazımdır:
“Bu gün bütün xalq küçə və yollara axışaraq qələbə sevincini bölüşür. Lakin bəzi sürücülərin mövcud vəziyyətdən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Eyni zamanda da piyadalar küçələrdə onlar üçün müəyyən edilmiş keçidlərdən keçməməklə təhlükəsizliklərini riskə atırlar.
Sizin vasitənizlə hərəkət iştirakçılarına səslənir və tövsiyə edirik ki, qələbə sevincini kədərə çevirəcək məqamlara yol verməsinlər. Xüsusilə də sürücülər nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə etsinlər ki, onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığına ciddi təhlükə yaranmasın.
Sözsüz ki, biz də bu ölkənin vətəndaşıyıq, hər kəs kimi biz də Ali Baş Komandanın qələbə müjdəsinə çox sevindik. Sevincimizin həddi-hüdudu yoxdur, Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu. Bütün bunlara baxmayaraq, hərəkət iştirakçılarından xahiş edirik ki, vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olacaq şərait yaratmasınlar. Yol hərəkətində nöqsanlara yol verməsinlər, sevincimizi kədərə çevirməsinlər”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin də yaydığı məlumatda qeyd olunub ki, müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-isifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.
Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.
Sənəm Əliyeva Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB