Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Fev 12:02Cemiyyet
Bakıda bu ərazilərdə sənədsiz evlər söküləcək - Bəs sakinlər hara köçürüləcək?
Azərbaycanda vətəndaşları narahat edən məsələlərdən biri də fərdi yaşayış evlərinin sənədsiz olmasıdır.
Respublikaxeber.az xəbər verir ki, bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, Abşeron rayonu və digər yerlərdə müşahidə olunur.
Vətəndaşlar evlərini tiksələr də, qaz, işıq və su pullarını ödəsələr də mənzilləri qanunsuz tikili sayılır. Bu evlərin niyə sənədi yoxdur, nə üçün onlar qanunsuz tikili sayılır?
Məsələ bundan ibarətdir ki, vətəndaşların qanunauyğun tikilisi olması üçün tikintinin aparılacağı qanuni torpaq sahəsi olmalıdır. Bu torpaq sahəsi vətəndaşa satılmış olmalı, bağışlanmalı və ya hər hansı dövlət orqanı tərəfindən ayrılmış olmalıdır.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki, dünyada yeknəsəq sənədləşdirmə metodologiyası əvəzinə, mərhələli və özündə ictimai, sosial transformasiyanı nəzərdə tutulan metodlar tətbiq olunur:
"Artıq bizdə də bu iş gedir. 2015-ci ildə Prezidentin 439 saylı fərmanı çıxmışdı. Bu ictimaiyyətimizə sənədsiz evlərin sənədləşdirilməsi kimi əks olunmadı. Amma həmin tarixə qədər sənəd hesab edilməyən Sovet İttifaqı dövründə müxtəlif orqanlar tərəfindən verilmiş və əslində mülkiyyət hüququnu təsdiq etməyən sənədlərə mülkiyyət hüququ tanındı. Bununla 110 mindən çox vətəndaş çıxarışlarla təmin olundu.
Eləcə də 529 saylı fərmanla çox sayda mənzil sahibləri sənədləşdirmədən kənarda qaldığı halda artıq sənədləşdirildi. Həmçinin Şəhərsalma Komitəsi və İcra Hakimiyyətlərində pilot layihələrlə özbaşına tikililərin ləğv edilməsi və vətəndaşların daha müasir komplekslərə köçürülməsi prosesi gedir. Hesab edirəm ki, sənədsiz evlərlə bağlı bu fəaliyyət mərhələli şəkildə davam edəcək.
İnfrastruktura, Xəzərin mühafizəsinə mane olmayan hissələr getdikcə sənədlərin əhatə dairəsinə daxil ediləcək. Yaşayış üçün təhlükəli olan, eləcə də meşələrimizin, kənd təsərrüfatı təyinatlı torpaqlarımızın zərər görməsi ilə nəticələnən massivlər isə transformasiya olunaraq əvvəlki vəziyyətinə qaytarılacaq. Yəni daha düzgün, şəhərsalma qaydalarına uyğun komplekslərlə əvəzlənəcək"./BAKU.WS
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib