Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Okt 08:27Ic-Siyaset
Sənədsiz evlərin məsələsi nə vaxt həll olunacaq?
Sənədsiz evlərlə bağlı məsələ Azərbaycanda uzun illərdir gündəmi zəbt etməkdə davam edir.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən və sayı yüz minlərlə olan istər fərdi evlərin, istərsə də çoxmənzilli binaların aqibəti barədə zaman-zaman düşünülsə də, fakt odur ki, məsələ bu gün də həll olunmamış qalır.
Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə dövlət başçısı tərəfindən tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu problem dəfələrlə ölkə rəhbərliyi tərəfindən də dilə gətirilib. Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, prosesin yekunlaşmamasının əsas səbəblərindən biri koronavirus pandemiyası oldu.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Dövlət Əmlak Xidməti və digər qurumlarla birlikdə işlər davam etdirilir. Hər hansı bir yenilik olacağı təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Deputat Vahid Əhmədovun sözlərinə görə isə sənədsiz evlərlə bağlı məsələ, nəhayət ki, həll olunmaq üzrədir.
Evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da vacibdir. Problemin həlli yolları var.
İlkin olaraq qiymətləndirmənin aparılması, heç də böyük məbləğdə olmayan rüsumun müəyyənləşdirilməsi yolu ilə sənədsiz evlər probleminin həlli mümkündür. Evinə sənəd almaqla həm vətəndaş, həm də büdcəyə əlavə gəlir gətirməklə dövlət qazanacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər