Sorğu
Оцените работу движка

06 Fev 12:16Cemiyyet

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi


Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Gülüyev, hər zaman Şəhidlərimizi,Qazilərimizi və onların ailələrini diqqət mərkəzində saxlayıb, onlarla mütəmadi olaraq görüşüb, onların problemləri ilə maraqlanıb. Bu dəfə də Elyaz müəllim, 06 fevral Quba rayon, Talış kəndində anadan olan və həmin kənddə böyüyüb, boya-başa çatan, bir şikəst qız övladı yadigar qoyaraq vətənimizin torpaqlarının azadlığı uğrunda qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış Şəhid Nuriyev Qılman Balaş oğlunun ölümündən nə az, nə çox, tam 28 il keçdiyini, Yəni ki, mübarək şəhidimizin vəfatının 28-ci il dönumü olduğunu öyrənib. O səbəbdən də Elyaz muəllim ürək dolusu ilə bu gün Quba rayonuna şəhidimizin anım günü ilə bağlı səfər etmək istəsə də, səfər edə bilmədiyi üçün (anım mərasimində iştirak edə bilmədiyi) kədərləndiyini bildirərək şəhidimizin ailəsindən və yaxınlarından üzr istəyir və onlara baş sağlığı verib.

Baş sağlığında deyilir.
Əziz və hörmətli şəhid övladı,
Əziz və hörmətli valideynlər, yaxınlar, qohum-əqrabalar,

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi


Bildiyiniz kimi mən hər zaman Sizə layiq olan şəkildə Sizi diqqət mərkəzində saxlaya bilməsəm də, bacardığım qədər Sizi əziz tutmağa çalışmışam. Lakin, nə qədər də çalışsam da Sizə, yüksək və daha yüksək diqqət və qayğı göstərə bilmədiyimin fərqindəyəm. Ona görə də Sizdən üzr istəyirəm. Bu gün də aldığım məlumata görə mübarək şəhidimiz Qılman qardaşımızın anım günüdur. Təkrarən bildirirəm ki, mən bu məlumatı gec aldığıma görə anım günündə iştirak edə bilmədim. Məni üzrlü hesab etməyinizi Sizlərdən xahiş edirəm və qarşınızda baş əyirəm. Şəhid haqqında nə qədər də yazsaq azdır. Lakin Siz övladınızla fəxr etdiyiniz kimi, biz də həm şəhidimizlə və onun Sizin kimi qürurlu valideynləri ilə fəxr edirik. Sizin qarşınızda baş əyirik və hər zaman da Sizlərin gostərişlərinizə hazır olduğumuzu bildirirəm. Mən, ilk öncə mübarək Şəhidimizə uca Allahdan rəhmət və məğfirət, Sizlərə isə səbri-ehsan diləyirəm.

Hörmətlə: Elyaz (Yazan) Gülüyev
Respublikaxəbər.az İnformasiya-Xəbər Portalının Təsisçi, baş direktoru.

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi


Hörmətli rəhbərimiz Elyaz müəllimin baş sağlığını təqdim etdik, indi isə qısa da olsa mübarək şəhidimiz haqqında qısa bir məlumat vermək istəyirəm.
Belə ki, Quba rayon, Talış kəndində anadan olan, həmin kənddə böyüyüb, boya-başa çatan, vətənimiz uğrunda canından keçən qəhraman şəhidimiz, Nuriyev Qılman Balaş oğlu,1969-cu il Sentyabrın 25-də Quba rayon, Talış kəndində anadan olmuşdur. 1985-ci ildə Dərk kənd natamam orta məktəbini bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmət keçmişdir. Xalqımızın başına gələn müsibətlər Qılman Nuriyevin də qanını coşdurmuşdu. Odur ki, O da vətən uğrunda döyüşən oğullara qoşulub. Qılman,"N" saylı hərbi hissədə hazırladıqdan sonra Ağcabədi bölgəsinə yola salınıb.

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi


Qısa müddətdə bir neçə döyüş əməliyyatlarında şücaət göstərib. Hərbi hissədə sərişdəliyi və ağlı ilə silahdaşları arasında böyük nüfuz qazanmışdı.Yanvarın 31 də Şisqaya uğrunda qanlı döyüş başlanıb. İtgisiz qazanılan qələbə sevinci çoxda uzun çəkməyib,döyüşçülərimiz əlavə qüvvə toplayıb yenidən hücuma keçən düşmənlə nə qədər qəhrəmanlıqla vuruşsalar da yardım və sursat gəlmədiyindən böyük itgi verərək mövqeyi tərk etməli olublar. 1994 cü il fevralın 5 də həmin döyüşdə Qılman, şəhid olub. Həyatını ana torpağının azadlığı uğrunda qurban verib. Evli idi. Səadət adlı bir qızı yadigar qalıb. Qılman Talış kənd qəbiristanlığında dəfn olunub. Onu da qeyd edək ki, Quba rayon Dərk kənd ümumi orta məktəbi, şəhidimiz Qılman Nuriyevin adını daşıyır. Şəhidlər hər zaman əbədi yaddaslarımızda qalacaqlar. Allah rəhmət etsin.

Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Yazan) Şəhid ailəsinə baş sağlığı verdi


Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi