Sorğu
Оцените работу движка

19 Yan 15:18Cemiyyet

Buraxılış imtahanlarının proqramları Açıqlandı

Buraxılış imtahanlarının proqramları Açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

RESPUBLİKAXEBER.AZ xəbər verir ki, jurnallarda müvafiq olaraq, buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin Təhsil Nazirliyi ilə razılaşdırılmış modeli, balların hesablanma qaydası dərc edilib.

Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilib.

DİM-in saytında (//dim.gov.az/news/2504/) müvafiq audiofaylları öz telefonunuza və ya kompüterinizə yükləyib dinləməklə həmin tapşırıqları cavablandıra bilərsiniz. Audiofayllar gün ərzində müvafiq bölməyə əlavə olunacaq.

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi