Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 May 09:00Olke
Ali məktəblərə və kolleclərə qəbul qaydalarında BU DƏYİŞİKLİKLƏR edildi
Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə 9-cu sinif buraxılış imtahanı qaydaları, 9 və 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və ali təhsil müəssislərinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, dəyişikliklər əsasən aşağıdakılardan ibarətdir və qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir:
–“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən şagirdlər bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında imtahan verəcəklər. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr Mərkəz tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.
Qeyd edək ki, imtahan vermiş şagirdlərin yeni şkalaya uyğun qiymətləri onların imtahan nəticələri səhifəsinə yerləşdiriləcəkdir. Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (imtahanın ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur.
–Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində keçirilən, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verənlər üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahanın müddəti 45 dəqiqə olacaq.
–“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclər) ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən qəbul imtahanı Mərkəz tərəfindən bir mərhələdə keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
1 mart 2020-ci il tarixində buraxılış imtahanında iştirak etmiş abituriyentlər müsabiqəyə qatılmaq üçün mütləq bu imtahanda iştirak etməlidirlər.
–“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən qəbul imtahanları (ixtisas qrupları üzrə) 1 dəfə keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi