Yeni XəbərLər
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
02.09
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
01.09
Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib.
29.08
Arxiv
Sorğu
Оцените работу движка
26 Avq 12:22Cemiyyet
Dövlət İmtahan Mərkəzi keçid ballarını AÇIQLADI - FOTO
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsi və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, “Abituriyent” jurnalının 3-cü nömrəsində 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2021-ci il avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə aparılacaq.
DİM həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını da ayrıca kitabça şəklində nəşr edib.
Mərkəzə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.
Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Yorum ekle
Xəbərlər
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib. 17:57Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb 14:24Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib 18:12
Istifadəçi Girişi
Populyar Xəbərlər
Asim Mollazadə Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası ilə görüşüb
Elyaz Yazan, Tibb üzrə fəlsəfə doktoru, həkim- provizor, I Qarabağ Müharibəsi veteranı, Qazi, Məşədi, Kərbəlayi Hacı Abbası doktoru təbrik etdi
DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı
Asim Mollazadə Yasamalda seçicilərlə növbəti kütləvi görüşünü keçirib
Asim Mollazadə Nəsimi rayonunda seçicilərlə növbəti kütləvi görüşünü keçirib.
Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər.
İndi də mövzumuz YEVLAX VƏ BƏRDƏ, heç kimi salmasın Allah bu dərdə
ELYAZ YAZAN, ŞEYXULİSLAM HACI ALLAŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİ TƏBRİK ETDİ
BALAKƏNİN MEŞƏŞAMBUL KƏND BAXCASINDA UŞAQLARIN QİDASINI KİM YEYİR?
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB