Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 İyl 14:02Bolge-Xeberleri
ŞƏKİNİN ŞİN ÇAYI KÖRPÜSÜNDƏ SABİQ POLİS ƏMƏKDAŞI İLƏ VƏTƏNDAŞ ARASINDA MÜBAHİSƏ. NƏTİCƏDƏ 45 DƏQİQƏ KƏND SAKİNLƏRİNİN YOLU KƏSİLDİ
Şəkinin Baş Göynük kəndində yerləşən "ŞİN ÇAYI" körpüsündə mübahisə:
Mübahisə edən şəxslərdən biri sabiq polis əməkdaşı olduğu deyilir.
Respublikaxəbər.az xəbər verir ki, uzun illərdir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kənd sakinləri "ŞİN ÇAYI" -nda körpü olmadığı üçün əziyyət çəkirdilər. Zaman var idi ki, evdə qaynatasından, qaynlarından və.s qohumlardan, bir sözlə yad kişilərdən abır-həya edərək övrət yerlərinin görünməməsi üçün min-bir əziyyət çəkən ana-bacılarımız sahəyə işləməyə gedərkən həmin çaydan keçmək məcburiyyətində qalırdılar. Lakin zəruri olduğu üçün həmin çaya su az gəldiyində Ural, Uaz, Kamaz və digər güclü maşınlar vasitəsi ilə keçsələr də, yağan güclü yağış nəticəsində çaya sel gəldiyi halda çayda su çoxalırdı və həmin yuxarıda qeyd etdiyim ana-bacılarımız paltarlarını (donlarını) ayaqlarının dizlərinə və bəzi hallarda dizlərindən də yuxarı çəkərək suyun içərisindən piyada keçərdilər, çayın əks tərəfində yenidən avtomobillərə minərək sahəyə işləməyə gedirdilər. Dövlətimizin rəhbəri (Allah ondan razı olsun) insanların bu cür əziyyət çəkmələrini görərək həmin çayın üzərindən körpü inşa olunması üçün sərəncam verdi və həmin körpü də inşa olundu. Amma körpü inşa olunsa da, gördüyünüz kimi körpünün üzərindən yalnız bir maşın keçə bilir. Kənd sakinləri də belə öyrəşiblər ki, əvvəlcə hansı tərəfdən maşın körpüyə qədəm qoyarsa, qarşı tərəfdən gələn maşın mütləq ilkin qədəm qoyan maşını gözləməlidir. Bu adət-ənənə beləliklə davam edir. Bir-neçə dəfə belə bir hal üstündə bəzi sürücülər arasında mübahisə yaransa da məsələ öz həllini sülh yolu ilə tapıbdır. Amma bu günkü (30 iyun 2021-ci il tarixdə) hər iki sürücü arasında baş vermiş mübahisə öz aralarında həllini tapmasa da, ağsaqqallar məsələyə müdaxilə etməli olub.
Lakin həmin sürücülər ağsaqqalların sözləri, tövsiyələri şərtləri ilə razılaşmadıqlarını gördüyü halda Respublikaxəbər.az saytının rəhbəri Elyaz Gülüyev Şəki ŞRPŞ-nin DYPB-nin rəhbərliyinə zəng edib, məlumat verərək yolda hərəkəti dayandıraraq, avtomobillərin hərəkətinə mane olan, ictimaiyyətə açıqca hörmətsizlik edən şəxslər barəsində tədbir görülməsi üçün YPX-nin əməkdaşlarını göndərməsini xahiş etmiş, həmin vaxt hər hansı bir şəxsin verdiyi məlumat əsasında YPX-nin əməkdaşlarının gəldiyini görüb, artıq əməkdaşlarınız gəldilər deyərək sağollaşıb və məsələnin hansa halda çözüləcəyini bilmək üçün videoçəkilişə davam edib.
Elyaz Gülüyevin dediyinə görə YPX-nin əməkdaşları gəldikdən sonra hər iki tərəfin qərəzli olduğunu gördükdə belə qərara gəlinib ki, hər iki tərəf maşınları geri çəkməli kənar sürücülər keçməli, sonra həmin iki nəfər məsələni öz aralarında həll etməli oldular.
Bununla da hər bir şəxs körpüdən çəkildi, sonradan isə görüldü ki, Baş Göynük tərəfdən gələn sürücü geriyə deyil, irəli gələrək yoluna davam etdi. Belə bir hal Baş Göynük və Baş Şabalıd kənd sakinlərinin narazılığına səbəb oldu. Bəziləri isə YPX-nin əməkdaşlarına sual verdilər ki, Siz bura nə üçün gəlmişdiniz? Heç bir ədalətli araşdırma apararaq nəticə etibarı ilə ictimaiyyətin gediş-gəlişinə mane olaraq yol hərəkəti qaydasını pozan şəxs barəsində ciddi tədbir görmürdünüzsə Sizin gəlməyinizin mənası nə oldu?
Odur ki, həmin hadisə vaxtı mobil telefonla qeydə alınan videoçəkilişi təqdim edirik. Həmin məsələ ilə bağlı tərəfimizdən DİN-nə rəsmi məktub ünvanlanacaq.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi