Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 İyn 09:16Bolge-Xeberleri
ŞAMAXININ DAĞ BAĞIRLI KƏNDİNDƏ ZƏLZƏLƏ GÖRÜN NƏLƏR ETDİ
Respublikaxəbər.az-a Şamaxı rayon, Dağ Bağırlı kəndindən Şərqiyə nənə müraciət edib.
Şərqiyə Kərimova müraciət edərək 05 fevral 2019-cu il tarixdən bu günə qədər FHN-nin və Şamaxı RİH-nin əməkdaşları tərəfindən aldadılaraq süründürməçiliyə salındığını bildirib. Müraciət əsasında Respublikaxəbər.az saytının rəhbəri Elyaz Gülüyev Şamaxı rayon, Dağ Bağırlı kəndinə gedərək vəziyyətlə tanış olub, Şərqiyyə Kərimovanın müraciətində qeyd etdiklərinin həqiqətə uyğun olduğunun canlı şahidi olub. Hazırlanmış olan videomaterialda daha ətraflı:
Şərqiyə nənənin müraciət məktubunu da təqdim edirik.
Hörmətli Elyaz müəllim,
Yazıb Sizə bildirirəm ki, 05 fevral 2019-cu il tarixdə Şamaxı şəhərində zəlzələ hadisəsi baş vermişdir. Həmin vaxtı bizim də evimizə hədsiz dərəcədə ziyan dəymişdir. Hadisə zamanı, hadisə yerinə FHN-nin və Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər aidiyyatı təşkilatlar gəlmişdirlər. Fövqaladə hal ilə bağlı evlərə dəymiş ziyanı müəyyən edərək qiymət verdilər və akt tərtib edildi. Bizim də evə bərpa yazdılar. Düzdür, əslində bizim ev bərpalıq deyil, qəzalı vəziyyətdədir. Amma buna baxmayaraq heç bərpa da edilmir. 3 ildir ki, mən ilanın qorxusu ilə yatıram. Dəfələrlə evə ilanlar girib. Uşaqlar da evdə yatmırlar. 2021-ci ilin yanvar ayında həyat yoldaşım Kərimov Kamil Müzəffər oğlu dünyasını dəyişib. Hazırda tək qalıram. Nəvələrim mənimlə qalmırlar. Səbəbi isə ilandan qorxduqlarını deyirlər. Mənim evimin bərpa olunmaması ilə bağlı dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə şifahi olaraq məlumat vermişik. FHN-nə müraciət etmişik. FHN-dən bildiriblər ki, sistemdə bərpa olunmalıdır deyə göstərir. Lakin bizə akt təqdim olunmalıdır, akt da İcra Hakimiyyətindədir. İcra Hakimiyyəti bəzi vaxtlarda bildirdi ki, bizlik deyil, bəzi vaxtlarda isə aktın itirildiyini bildirərək səbrli olmağımızı tövsiyə edərək başımızın altına yastıq qoymaqdan başqa işləri yoxdur. Mən hesab edirəm ki, get-gedə belə bir özbaşınalığın inkişaf etməsindən ölkə rəhbərimizin və hörmətli xanımın xəbəri yoxdur.
Hörmətli, Elyaz müəllim,
Sizdən xahiş edirəm ki, müraciətim əsasında Şamaxı rayonuna gələrək evimizin vəziyyəti ilə maraqlanıb, müraciətimdə qeyd etdiklərimin həqiqi olduğunu real olaraq görəsiniz. Bundan əlavə də qeyd etdiklərimlə bağlı aidiyyatı orqanlara məlumat verəsiniz ki,görək bizim evə ayrılan pul hara və kimə ayrılıb?
İmza: Kərimova.Ş.M
Tarix: 20.06.2021
Onu da qeyd edək ki, Şərqiyə nənənin müraciəti ilə bağlı ölkə rəhbərimiz və Hörmətli I-ci vitse-prezident başda olmaqla bütün aidiyyatı orqanlara tərəfimizdən rəsmi məlumat məktubu ünvanlanmışdır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər