Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Mar 10:43Bolge-Xeberleri
AĞDAŞDA EV UCUZDUR, 120 MANAT (QƏBİR EVİ)
26 mart 2021-ci il tarixdə dəyərli izləyicilərimzdən biri olan Nəsimi rayon sakini Arzuman adlı bir ağsaqqalımız redaksiyamızın rəhbəri Elyaz Gülüyevə zəng edərək bir nəfər şəxsin (qadının) dünyasını dəyişdiyini və dünyasını dəyişən qadının yanında sadəcə əmək qabiliyyətsiz bir qızı olduğunu, həmin qadına heç kimsənin sahib çıxmadığını bildirib, o qadının yuyulması və dəfn edilməsi barədə köməklik göstərilməsi üçün aidiyyatı qurumlara məlumat verməsini xahiş etmişdir. E.Gülüyev dərhal həmin qadının qızı ilə telefon əlaqəsi yaradaraq ünvanı öyrənib, öz şəxsi avtomobili ilə qadının dünyasını dəyişdiyi yerə getmişdir. Sonra O, DİN-102-xidmətinə zəng edərək ölüm faktı ilə bağlı məlumat vermiş, müstəntiq və prokurorluq əməkdaşı gəlib, meyyitə baxış keçirdikdən sonra, əvvəlcədən Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının verdiyi ölüm kağızı əsasında Prokurorun icazəsi ilə onu Bakı Şəhər, Nəsimi rayon, Səməd Vurğun küçəsində yerləşən Hacı Əjdərbəy məscidinə aparmış, Həmin məscidin İcma sədri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Həmdulla ilə əlaqə saxlamış vəziyyəti ona danışmışdır. Hacı Həmdulla isə “ƏL TUTMAQ ƏLİDƏN QALIB” deyərək bildirdi ki, narahatçılıq yoxdur, İndi deyirəm ora, nə lazımdır etsinlər. Bu arada Hacı Həmdullaya və digər səbəbkar olanlara Allah razı olsun deyirik. Həmin gün qadının əslinin (qohum-əqrabalarının) hansı rayondan olduğunu və qeydiyyatda da hansı ünvanda olduğunu və müəyyən edə bilmədiyi üçün və səhəri gün həmin qadının əslən Ağdaş rayon sakini olduğunu müəyyən etdiyi üçün cənazə bir gün yəni, 26 martdan 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixdə səhər saatlarına qədər Həmin məsciddə Müvəqqəti Saxlama yerində Soyuducuda saxlanılmışdır. 27 mart 2021-ci il tarixdə E.Gülüyev Məscidin yanında cərgə ilə dayanan qara rəngli, müxtəlif markalı dəfn işləri ilə məşğul olan şəxslərə xahiş etsə də, heç kim o cənazəni Ağdaş rayonuna aparmamışdır.
E.Gülüyev əli hər yerdən üzüldükdən sonra Öz şəxsi Vaz-2106 markalı avtomobili ilə cənazəni maşının arxa oturacağına uzadaraq aparmışdır. Ağdaş rayonunda qəbirin qazılması və.s işlərə kömək edən əməkdaşımız Şəkər xanım cənazəni yüksək səviyyədə qarşılamış, bir-neçə nəfərin iştirakı ilə Ağdaş şəhər qəbiristanlığında həmin qadını dəfn etmişdirlər. Lakin onu da qeyd edim ki, Sizlər təqdim edəcəyimiz video-sujeti sona qədər izlədikdə Sizə məlum olacaq ki, Ağdaş rayonunda vətəndaşa qarşı necə hörmət və qayğı var. Yəni tanımayan bir şəxs olaraq, müsəlmançılığımız, insanlığımız xatirinə təmənnasız olaraq E.Gülüyev və həmkarımız Şəkər xanım, heç kim sahib çıxmayan bir qadını (Ağdaş rayon sakinini) dəfn edirlər, Lakin Rayonun axundu, həmin qadının dəfn olunması üçün işlənmiş qəbir daşına 60 manat, qəbirin qazılmasına isə 60 manat pul tələb etdirir. Bununla bağlı E.Gülüyev Hacı Əli əfəndiyə zəng edərək ondan mövqe öyrənib, Hacı Əli isə qəbir daşının və ya qəbir qazanların pulunun ona aidiyyatı olmadığını bildirib. Yəni ki, Hacı Əli əfəndi deyib ki, mən heç nə istəməmişəm, O barədə İcra Hakimiyyətinə müraciət edin. Qəbiristanlığa yenidən qayıdıb, qəbirqazan şəxslərlə görüşdük, O isə bildirdi ki, Hacı Əli əfəndi mənə deyir ki, pulunuzu alın. Daha ətraflı Ağdaş rayon İcra Hakimiyyətinə ünvanlayacağımız rəsmi xahiş və məlumat məktubuza veriləcək cavabdan sonra məlumat verəcəyik. Sonda həmin qadının yuyulması və kəfənlənməsi işlərini öz üzərinə götürən Hacı Həmdullaya və.s köməkliklər göstərən şəxslərə böyük təşəkkür edirik. Kimsə sahib çıxmayan qadına sahib çıxaraq onu yuyulması,kəfənlənməsi və dəfn işlərini öz üzərinə götürən Respublika.az-ın rəhbəri Elyaz Gülüyevə və müavini Şəkər xanıma təşəkkür bildirən və ilk məlumat verən Arzuman kişiyə (Arzu əmiyə), imkanları qədər yol xərcinə dəstək olan Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşlarına Asim və Çingiz müəllimə, yasamal RPİ-nin 27-ci PB-nin Təhqiqatçısı Nəsimi müəllimə və eləcə də Şəkili Eldəniz, Kürdəmirli Ramin dostumuza da, Hacı Əjdərbəy məscidinin məsul şəxsi Hacı Elçinə, cənazəni Allah rızası üçün yuyub kəfənləyən Mahirə anaya və onu sona qədər yola salarkən əziyyət çəkən dostlarımıza (hər birinizə) digərlərinə minnətdarıq.
Digərlərinə isə uca Allahdan islah istəyirik.
Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi