Sorğu
Оцените работу движка

30 Mar 10:35Bolge-Xeberleri

Göyçayda yeniyetmənin iştirakı ilə 35 min manatlıq oğurluq

Göyçayda yeniyetmənin iştirakı ilə 35 min manatlıq oğurluq

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub.

Cinayət əməlini törədən şəxslərin şəhər sakinləri-əvvəllər də oğurluğa görə məhkum edilmiş Elşən Həsənov, Emin Eminov və bir nəfər yeniyetmə olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməllərini etiraf ediblər.

İlkin araşdırma zamanı E.Həsənovun bir neçə dəfə həmin obyektlərdən oğurluq etdiyi, sonuncu dəfə isə saxlanılan digər iki nəfərin də onunla əlbir olduğu məlum olub.

Saxlanılanlar oğurladıqlarını metal qəbulu məntəqələrinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi