Sorğu
Оцените работу движка

04 Sen 11:36Olke

İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb - FOTO

İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb - FOTO



İsmayıllı rayonunun Lahıc qəsəbəsində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ümumi dəyəri 1350 manat olan müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb.

Araşdırma zamanı M.Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun Lahıcda yerləşən daha iki evə qanunsuz daxil olaraq, ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq, əldə etdiyi pulu xərclədiyini bildirib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi