Sorğu
Оцените работу движка

02 Sen 12:22Olke

İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanılıb

İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 4 nəfər Qəzli və Quşencə kənd sakinləri onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər.

XeberOxu.Az-a istinadən Respublikaxəbər.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi