Sorğu
Оцените работу движка

09 İyl 14:00Olke

Mal-qara oğurlayan dəstə saxlanıldı

Mal-qara oğurlayan dəstə saxlanıldı

Göygöl və Samux rayonlarında mal-qara oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl və Samux Rayon Polis Şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonunun Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus, ümumi dəyəri 1 000 manat olan iki baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri - 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, vətəndaşa məxsus heyvanları satmaq məqsədilə oğurladıqlarını bildiriblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri - 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimovla birlikdə Samux rayonunun sakini M.Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi