Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Fev 16:10Bank
Hansı pullar yenilənir? - Mərkəzi Bankdan AÇIQLAMA-FOTO
Üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə olan, eləcə də rəngini, parlaqlığını və şaxlığını itirmiş pul nişanları yararsız hesab edilir.
Respublikaxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hazırda dövriyyədə olan pul nişanlarının bir qisminin üzərində yazı və s. elementlər əks olunur. Bu, pul nişanlarının bilərəkdən zədələnməsi və bəzi hallarda hətta yararsız hala salınmasına bərabərdir.
Mərkəzi Bankdan bildirilib ki, müvafiq hallarda yararsız və zədələnmiş pulların AMB və banklar tərəfindən yenilənməsi mümkündür. Qanunvericilikdə isə pul nişanlarının zədələnməsi və ya yararsız hala salınması ilə bağlı cinayət məsuliyyəti mövcud deyil:
“Tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır. Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir. O cümlədən, kommersiya banklarına xüsusi tələblər müəyyən edilir, banklar, ticarət müəssisələri və əhali üçün davamlı olaraq maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.
Pul nişanlarının tədavülə yararlı olub olmaması “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası qaydaları”na əsasən müəyyən edilir. Qaydalara müvafiq olaraq, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə olan, eləcə də rəngini, parlaqlığını və şaxlığını itirmiş pul nişanları yararsız hesab edilir”.
Əlavə edilib ki, yararsız pulların dəyişdirilməsi ilə əlaqədar mövcud qanunvericiliyə əsasən milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər:
“Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizdən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100 faiz saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir.
Kommersiya banklarına və ya Mərkəzi Banka təqdim edilən pulların fiziki vəziyyəti və parametrləri qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğundursa bu pullar dərhal dəyişdirilərək dəyəri vətəndaşlara ödənilir. Təqdim edilmiş pulların həqiqiliyində hər hansı şübhə yaranarsa, bu zaman həmin pullar ekspertizanın aparılması məqsədilə vətəndaşdan qəbul edilir və qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılaraq nəticəsi barədə vətəndaşa məlumat verilir”.
AMB-dən verilən məlumatda qeyd edilib ki, hər bir ölkənin vətəndaşı, eləcə də xarici vətəndaşlar həmin ölkənin milli pul nişanlarına hörmətlə yanaşmalı, onların istifadəsi zamanı ehtiyatlı davranış sərgiləməli və zədələnməməsinə çalışmalıdır.
Hazırda qanunvericilikdə pul nişanlarının zədələnməsi və ya yararsız hala salınması ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmasa da müstəqil dövlətimizin pul nişanı ilə etik davranış hər bir vətəndaşın məsuliyyətidir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi